İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Antonio Quterreşi təbrik etdi

13
Azərbaycan Prezidenti BMT-nin yeni seçilmiş Baş katibi Antonio Quterreşə təbrik məktubu ünvanlayıb

BAKI, 14 okt — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni seçilmiş Baş katibi Antonio Quterreşə təbrik məktubu ünvanlayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Quterreş! Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan müstəqillik qazandığı ilk gündən BMT ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir, təşkilatın bütün strukturları ilə səmərəli əməkdaşlıq edir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və dünya ictimaiyyətini narahat edən məsələlərdə BMT-nin mövqeyini dəstəkləyir.

Mən Sizin Azərbaycana etdiyiniz səfərlərinizi, Sizinlə keçirdiyimiz görüşləri və apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. Ümidvaram ki, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olunmasında, qarşıya qoyulan qlobal vəzifələrin həllində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində BMT-nin Baş katibi kimi şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik.

Bir daha Sizi təbrik edir, bəşəriyyət qarşısında duran qlobal problemlərin aradan qaldırılması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında mühüm və aparıcı rola malik BMT-nin Baş katibi vəzifəsində Sizə uğurlar arzu edirəm".

13
Teqlər:
təbrik, Antonio Quterreş, BMT, Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan prezidenti, İlham Əliyev
Əlaqədar
İlham Əliyev: bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
İlham Əliyev Azərbaycana gələn əcnəbi qonaqlarla görüşüb
İlham Əliyev: Terrorçuların yaxşısı olmur
İlham Əliyev: "Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir"
İlham Əliyev İlyas Umaxanovu qəbul edib
Faiq Ağayev

Müğənni illər əvvəl oxuduğu populyar mahnıya yeni nəfəs verib - VİDEO

10
(Yenilənib 15:23 09.03.2021)
Müğənni həmin mahnıya klip çəkdirib. Klip müğənninin "Youtube" kanalında, "facebook" və "instagram" hesabında izləyicilərə təqdim edilib

 

BAKI, 9 mart — Sputnik. Xalq artisti Faiq Ağayev 25 il sonra "Səni əvəz eləmir" mahnısını yeni verdiyada (Remake) təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni həmin mahnıya klip çəkdirib. Klip müğənninin "Youtube" kanalında, "facebook" və "instagram" hesabında izləyicilərə təqdim edilib.

Sözləri Xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi isə Gülər Həsənovaya məxsus olan mahnının klipi dinləyicilər tərəfindən bəyənilib.

10

Elmar Məlikov sərvət qazandıran tullantılardan danışır

15
(Yenilənib 14:53 09.03.2021)
“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov deyir ki, tullantıların idarə olunması sadəcə həmin yerin tullantılardan təmizlənməsi deyil, həm də qlobal səviyyədə ortaya çıxan iqlim probleminin həllində də çox vacib yer tutur
Elmar Məlikov: “Tullantılar düzgün idarə olunmadığı təqdirdə böyük fəsadlar ortaya çıxa bilər”

“Tullantıların idarə olunması bütün dünyada aktual mövzudur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov deyib.

O bildirib ki,  bu sahədə təkmilləmələr gedir, yeni texnologiyalar tətbiq edilir:

“Tullantıların idarə olunması sadəcə həmin yerin tullantılardan təmizlənməsi deyil, həm də qlobal səviyyədə ortaya çıxan iqlim probleminin həllində də çox vacib yer tutur. Tullantılar düzgün idarə olunmadığı təqdirdə böyük fəsadlar ortaya çıxa bilər. Tullantıların idarə olunması mürəkkəb prosesdir”.

Elmar Məlikovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 175 mini keçdi

0
Xəstəlikdən sağalanların sayı 165 096 nəfər olub. Hazırda bu ölkədə 6 038 nəfər xəstəxanada müalicə alır.

BAKI, 9 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 175 198-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 182 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 232- ə çatıb. Xəstəlikdən sağalanların sayı 165 096 nəfər olub. Hazırda bu ölkədə 6 038 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 117,1 milyonu keçib, 2,60 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0