İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezient Nazirlər Kabinetinə 6 ay müddət verdi

54
İlham Əliyev Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Sərəncam imzalayıb

BAKI, 12 okt — Sputnik. Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Sərəncam imzalayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:

"2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktını və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

1.1. 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının 1 — 29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

54
Teqlər:
Konstitusiyada dəyişikliklər, Referendum Aktı, sərəncam, İlham Əliyev, referendum, prezident
Əlaqədar
"Referendum beynəlxalq standartalara uyğun keçirilib"
Referendumun nəticələri xalqın iradəsini ifadə edib
Referendum şəffaf keçib
Avropalı müşahidəçilər referendumla bağlı rəylərini açıqladılar
Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun ilkin nəticələri bilindi
Kaliforniya ABŞ-ın tərkibindən çıxmaq üçün referendum keçirmək istəyir
Avropa Xalq Partiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib
Azərbaycan bayrağı, arxiv şəkli

ƏSA Teatrının kollektivi xalqımızı belə təbrik etdi - VİDEO

1
(Yenilənib 20:16 01.12.2020)
ƏSA Teatrının kollektivi videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür ediblər.

BAKI, 1 dekabr — Sputnik. Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür edərək, qələbə sevincini bölüşüb.

1
Teqlər:
xalq, təbrik, ƏSA Teatrı
Maliyyə hesabatı, arxiv şəkli

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

21
(Yenilənib 19:52 01.12.2020)
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

21