Prezident İlham Əliyevin İstanbul energetika forumundakı çıxışı

"Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi"

2348
İlham Əliyev: ""Böyük 20"-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram"

BAKI, 10 okt — Sputnik. "Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı". "Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu: "Biz Azərbaycanda sizinlə fəxr edirik".

İlham Əliyev qeyd edib ki, Türkiyə uğurla, inamla irəliyə gedir: Türkiyə "Böyük 20"-lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, "Böyük 20"-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram".

"Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır", — Azərbaycanın dövlət başçısı vurğulayıb.

2348
Teqlər:
"Böyük 20", İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Azərbaycan, prezident
Əlaqədar
Putin, Ərdoğan və Əliyev bir araya gəldi
Putin İstanbuldadır
İlham Əliyev: bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
İlham Əliyev paytaxtda yeni yaradılan park kompleksinin açılışında iştirak edib
İlham Əliyev Azərbaycana gələn əcnəbi qonaqlarla görüşüb
İlham Əliyev: Terrorçuların yaxşısı olmur