Azərbaycan XİN

Azərbaycan Rusiyanın iki məşhur musiqiçisini "qara siyahı"dan çıxardı

44
(Yenilənib 16:38 13.10.2016)
XİN Timur Temirov və Soso Pavliaşvilinin müraciətini nəzərə alaraq, onların ölkə ərazisinə girişinə icazə verib

BAKI, 10 okt — Sputnik. Rusiyanın məşhur musiqiçiləri Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər. Bu barədə Sputnik-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məktubda onlar, həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər. Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

Soso Pavliaşvili
© Sputnik / Nina Zotina
Soso Pavliaşvili

Qeyd edək ki, Bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilmişdi.

Timur Temirov
© Foto : STR
Timur Temirov

44
Teqlər:
giriş, Soso Pavliaşvili, Timur Temirov, musiqiçi, "qara siyahı", qadağa, XİN, Rusiya
Əlaqədar
Keçmiş səfir Azərbaycanın "qara siyahı"sına düşəcək
“Чай вдвоём” qrupunun keçmiş üzvü XİN-in "qara siyahı"sından çıxarıldı
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı
Tanınmış rusiyalı siyasətçi Azərbaycanın "qara siyahı"sından çıxarıldı