BMT-nin mənzil-qərargahı

"Hökumətin bu addımından məmnunuq"

20
(Yenilənib 14:25 10.10.2016)
BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı bəyanat yayıb

BAKI, 10 okt — Sputnik. BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını müsbət qarşıyır. "Biz Hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq", — deyə Ofisin yaydığı bəyanatda bildirilir.

BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradır
© İllüstrasiya
BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradır

Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklyuziv prosesin baş tutacağına ümid edir.

Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.

20
Teqlər:
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Azərbaycan Ofisi, Rezident Əlaqələndiricisi, fərman, Prezident, BMT
Əlaqədar
BMT bu gün təcili toplanır
BMT TŞ-da sədrlik Rusiyaya keçib
XİN: BMT Ermənistanın beynəlxalq hüququ pozmasına xüsusi diqqət yetirməlidir
BMT-nin 71-ci sessiyası işə başlayıb
Malidə 4 BMT sülhməramlısı öldürülüb
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışındadır