"Muravey"ə hücum edən canavarları odunla qovdu

© votrube.rucanavar
canavar - Sputnik Azərbaycan
Abunə olmaq
Qaxda canavar meşədə odun yığanlara hücum edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

Qaxın İbaxlı və Əlibəyli kəndləri arasında yerləşən meşə massivində odun yığan kənd sakinlərinin başına qəribə hadisə gəlib.

Sputnik-in məlumatına görə, Qaxın Kötüklü kəndinin sakinləri İpolit Berikaşvili və Yura Babacanaşvili meşədən qurumuş odunları "Muravey" markalı yük motorellerinə yığıblar. Axşam saatlarında işlərini bitirib geri qayıdarkən, qəflətən canavar sürücü "Muravey"ə hücum edib.

İ.Berikaşvili odunların üstündə oturduğundan əlinə uzun odunu götürərək canavarları vurmağa başlayıb. Sürücü motorelleri sürətlə hadisə yerindən uzaqlaşdırmağa müvəffəq olub.
Xoşbəxtlikdən insident zamanı xəsarət alan olmayıb.

Xəbər lenti
0