BAKI, 3 okt — Sputnik. Oktyabrın 3-dən 7-dək Kavadarci şəhərində (Makedoniya) Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu, oktyabrın 3-dən 14-dək Buxarest şəhərində (Rumıniya) sülhü dəstəkləmə əməliyyatları kursu, oktyabrın 3-dən dekabrın 23-dək Buxarest şəhərində (Rumıniya) qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatlar kursu keçirilir. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında görüş keçirilib.
Sputnik Azərbaycan Konfederasiyaya istinadən verdiyi məlumata görə, görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə baş tutub.
Onlayn formatda keçirilən görüşü M.Musayev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.
Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək, Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verib. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.
İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-ya təqdim etsinlər və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes-forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".
İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.
BAKI, 15 yanvar — Sputnik. Müdafiə Nazirliyi işğaldan azad edilən Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər yayıb. Sözügedən kənd Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin doğma kəndidir.
Tanınmış diplomat və hüquqşünas Tamerlan Yelmar oğlu Qarayev Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri olub. O, hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Ağdam rayonunun Qasımlı kəndindən çəkilmiş yeni videogörüntüləri təqdim edir.