Банк

Bağlanan "Bank Standard"ın əmanətçilərinə 460 mln. manat kompensasiya veriləcək

129
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.

BAKI, 30 sen — Sputnik. "Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil", — deyə Aslanlı qeyd edib.

Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır".