Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

"Azərbaycanla Rusiya sosial müdafiə sahəsində fəal əməkdaşlıq edir"

15
İki ölkə arasında əmək və sosial müdafiə sahələrində təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

BAKI, 30 sen — Sputnik. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının hökumət sədrinin müavini Olqa Qolodets ilə görüş olub. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, nazir Səlim Müslümov prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik və dinamik inkişafın təmin edildiyi Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib.

Nazirliyin avtomatlaşdırılmış sistemlərindən bəhs edən S.Müslümov 2014-cü ilin iyul ayından ölkəmizdə tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sisteminin üstünlüklərini diqqətə çatdırıb: "Bütün əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına səbəb olan bu sistem işçi hüquqlarının təminatına çevik və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, əmək bazarında baş verən prosesləri birbaşa və dəqiq şəkildə izləməyə, əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa şərait yaradıb. Bu sistem eyni zamanda iş yerinə dair arayışların da elektron formada əldə olunması üçün e-xidmətin formalaşmasına imkan verib".

  • Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub
    Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub
    © Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1 / 4
© Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

"Rusiyanın Əmək və Sosial İnkişaf Nazirliyi ilə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair Sazişin icrası ilə bağlı müvafiq işlər görülür. İki ölkə arasında pensiya təminatı, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, bazar iqtisadiyyatı şəraitində əmək bazarının tənzimlənməsi, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, peşə ixtisasları üzrə standartların hazırlanması, əlillərin reabilitasiyası və s. sahələrdə fəal əməkdaşlıq əlaqələrimiz var", — Müslümov qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq bu sahədə daim genişlənən təcrübə mübadilələrinə də imkan yaradıb: "Son illərdə ölkəmizdə yaradılan avtomatlaşdırılmış sığorta-pensiya sistemi, əmək müqavilələrinin elektron qeydiyyat sistemi və s. beynəlxalq qurumlar tərəfindən də müasir dünyanın qabaqcıl təcrübə nümunələri kimi qəbul olunur və təbliğ edilir. Bu sahədə rusiyalı həmkarlarımızla da davamlı təcrübə mübadilələri aparırıq. Cari ilin may ayında ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinə Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübə barədə ətraflı məlumat verilib, qarşılıqlı təcrübə və məlumat mübadiləsi aparılıb".

O. Qolodets ölkəsi ilə Azərbaycan arasında yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsində də davam etməsinin və daim genişlənməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Əmək və sosial müdafiə sahələrində avtomatlaşdırlmış idarəetmə və xidmətlər sisteminin formalaşdırılması sahəsində ölkəmizin təcrübəsinin maraq doğurduğunu qeyd edən O.Qolodets müvafiq sahələrdə aparılan islahatlar barədə təcrübə mübadilələrinin daha da genişlənməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın, o cümlədən təcrübə mübadilələrinin qarşıdakı dövrdə də genişləndirilməsi məsələləri müzakirə olunub.

15
Teqlər:
Olqa Qolodets, Səlim Müslümov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rusiya, Azərbaycan
Əlaqədar
IV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək
Azərbaycan Prezidenti Rusiya Baş nazirinə məktub göndərdi
Rusiya XİN-dən Azərbaycan və Belarusa təşəkkür
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb
Rusiya XİN: Azərbaycan vacib strateji tərəfdaşımızdır