Milli Məclis

Parlament hökumətin bağladığı sazişləri təsdiqlədi

8
Milli Məclis bu gün keçirilən plenar iclasına bir sıra hökumətlərlə imzalanan sənədlər ratifikasiya olunub

BAKI, 30 sen — Sputnik. Parlamentin iclasında Azərbaycan hökumətinin bir sıra hökumətlərlə bağladığı sazişlər təsdiqlənib. Sputnik xəbər verir ki, bunlar "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumu, "Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında" Saziş, "Azərbaycan Respublikasının Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayaınmanın qarşısının alınması haqqında" Konvensiya və onun protokolu, "Azərbaycan Respublikasının Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya və onun protokolu, "Azərbaycan Respublikası ilə QİÇS,Vərəm, və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında" Çərçivə Sazişi haqqında" qanun layihələridir. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

8
Teqlər:
ratifikasiya, saziş, hökumət, Milli Məclis, parlament
Əlaqədar
Deputat tələbələrin problemlərini qaldırdı
Parlamentin iki komitəsinə yeni üzvlər seçilib
"Xalq Prezidentə dəstəyini nümayiş etdirdi"
Milli Məclisin payız sessiyasının ilk plenar iclası başladı