Ən aktiv və ən passiv seçki dairələri açıqlandı

© Sputnik / Murad OrujovРеферендум в Азербайджане
Референдум в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Ən passiv seçki dairəsi 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.

BAKI, 26 sen — Sputnik. Referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. 

Ən aktiv seçki dairəsi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78,89%  seçici fəallığı deməkdir. 

Ən passiv seçki dairəsi isə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.

Xəbər lenti
0