Sumqayıt Seçki Dairəsi

ABŞ şirkəti seçicilərin 88,9%-nin dəyişiklikləri dəstəklədiyini bəyan edib

27
(Yenilənib 21:26 26.09.2016)
ABŞ-ın "Artur J. Finkelstein & Associates" şirkətinin Azərbaycandakı referendumda "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası" ilə birgə keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb.

BAKI, 26 sen-Sputnik. ABŞ-ın "Artur J. Finkelstein & Associates" şirkətinin Azərbaycandakı referendumda "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası" ilə birgə keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb.

Sputnik xəbər verir ki, şirkətin vitse-prezidenti Corc Börnbaum ümumilikdə 32400 insan arasında müsahibə aparıldığını və bunun çox böyük rəqəm olduğunu deyib: "88,9 faiz seçici dəyişikliklərə müsbət cavab verib. İcra hakimiyyətində struktur dəyişikliklərinə 87,3 faiz tərəfdar olub. Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı maddələrə 89,7 faiz seçici "hə" cavabını verib. İnsan hüquqları ilə bağlı dəyişikliyi 88,3 faiz seçici dəstəkləyib. Sosial təminatla əlaqədar maddələrə 86,5 faiz seçici "hə" deyib".

Qeyd edək ki, puşkatma metodu ilə 100 seçki dairəsindəki 450 məntəqədə "exit-poll" keçirilib. "Exit-poll" sorğusuna əvvəlcədən təlimatlandırılmış 30 supervayzer, 900 intervüer və 60 operator cəlb olunub. Ümumilikdə "exit-poll"da seçici fəallığı 67,5 faiz olub.

27
Teqlər:
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, Artur J. Finkelstein & Associates, ABŞ
Əlaqədar
Referendum başa çatdı
Səsvermə kadrları: referendum şəffaf keçir
Referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq
Referendum haqqında nələri bilirik
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verdi
Qonaqlıq, arxiv şəkli

Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları

2
(Yenilənib 12:35 13.08.2020)
Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

BAKI, 13 avqust — Sputnik. Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək xüsusi karantin qaydalarını kobudcasına pozublar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeyib-içmək məclisi təşkil edən həmin şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

2
İsmayıllıda aşkarlanan nadir tapıntılar

Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı

52
(Yenilənib 12:45 13.08.2020)
İcra başçısı: "Bu ərazi qədim görməli yerlərlə doludur. İstisna deyil ki, yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlər saxlanılır

BAKI, 13 avqust — Sputnik. İsmayıllıda yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlərin saxlandığı istisna deyil. Bu sözləri İsmayıllı rayonunun icra hakimiyyətinin başçısı rəhbəri Nahid Bağırov Sputnik Azərbaycan-a Basqal kəndi yaxınlığındakı qiymətli arxeoloji tapıntıdan danışarkən deyib. O qeyd edib ki, yerin alt qatında olan qədim sübutlar təsadüfən səthə çıxıb. O, bu kəşfin birbaşa prezidentin sərəncamının nəticəsi olduğunu bildirib.

Belə ki, prezident İlham Əliyevin sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb. Ağır texnika işə salınıb. Lakin yolun çəkilişi zamanı inşaatçılar divar aşkar ediblər. Divarın yanında "La ilahə İllalah" yazısı olan daş da aşkarlanıb. Nadir tapıntıların aşkar olunduğu ərazidə tikinti işləri dayandırılıb, ərazi nəzarətə götürülüb.

© Photo : Executive Power of Ismayilli region
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olublar, aşkar olunmuş maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.

Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı XI-XIII əsrlərə aid həndəsi, nəbati və zoomorf təsvirli şirli və şirsiz saxsı məmulatlar, şüşə qolbaq, sferokonus aşkar olunub. Ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb. Eyni zamanda həmin ərazinin yaxınlığında Antik dövrə aid xeyli sayda saxsı qablar və bəzək əşyaları aşkar olunub. Aşkar olunan maddi-mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazılar var.

© Photo : Executive Power of Ismayilli region
İsmayıllıda aşkarlanan nadir tapıntılar

Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova qeyd edib ki, ərazidə ilkin arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Arxeoloqların verəcəyi rəy əsasında daha geniş tədqiqat işlərinin aparılmasına qərar veriləcək.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

İcra başçısı Nahid Bağırov özü əmindir ki, bu cür tarixi artefaktlar yalnız rayonun xeyrinədir. Buradakı tarixi abidələrdən turizmin inkişafı üçün fəal şəkildə istifadə edilə bilər.

© Photo : Executive Power of Ismayilli region
İsmayıllıda aşkarlanan nadir tapıntılar

"Bu ərazi qədim görməli yerlərlə doludur. İstisna deyil ki, yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlər saxlanılır", - deyə İsmayıllı rayonunun icra başçısı bildirib.

Onu da qeyd edək ki, tarixçi-alim Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmin dövrlərə aid məscidin qalıqlarıdır. Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, həmin məscid məhz bu ərazidə yerləşib.

52
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

İstirahət mərkəzinin yaxınlığında yer silkələndi

0
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumatda bildirilib.

 

BAKI, 13 avqust — Sputnik. Bu gün yerli vaxtla saat 09:21-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, maqnitudası 3.7, dərinliyi 15 km olan təkanlar hiss olunmayıb. 

0