CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belarusun müdafiə naziri Azərbaycana gəlib

Abunə olmaq
Səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub

BAKI, 26 sen — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub. Səfər sentyabrın 29-dək davam edəcək.

Xəbər lenti
0