Bakıdakı seçki məntəqələrindən birində

Azərbaycanda səsvermə başlayıb

53
(Yenilənib 09:53 26.09.2016)
Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər. Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var.

BAKI, 26 sen — Sputnik. Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) başlayıb. Sputnik xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında saat 08:00-dan etibarən səsverməyə başlandığını elan edib. M. Pənahov bildirib ki, Azərbaycan seçicilərinin səsverməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək imkanı olacaq: "Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək. Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək".

Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər. Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəz saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq. Bu gün Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.

Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılıb.

53
Teqlər:
ümumxalq səsverməsi, Konstitusiyada dəyişikliklər, səsvermə, seçki, referendum
Əlaqədar
Referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq
Referendumqabağı təşviqat dayandırılır
Referendum haqqında nələri bilirik
MDB PA Azərbaycandakı referendumu izləyəcək
Bu həftə referendumqabağı təşviqat başlayır
Referendumla bağlı işçi qrupu yaradılıb
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

22
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

22
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"
Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

8
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

8