Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin Manas Beynəlxalq Aeroportunda qarşılanma mərasimi

Azərbaycan Prezidenti Qırğızıstana yola düşüb

1876
İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

BAKI, 16 sen — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gedib. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, Bişkekin "Manas" Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

  • Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin Manas Beynəlxalq Aeroportunda qarşılanma mərasimi
    Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin "Manas" Beynəlxalq Aeroportunda qarşılanma mərasimi
    © AZƏRTAC
  • Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin Manas Beynəlxalq Aeroportunda qarşılanma mərasimi
    Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin "Manas" Beynəlxalq Aeroportunda qarşılanma mərasimi
    © AZƏRTAC
  • Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin Manas Beynəlxalq Aeroportunda qarşılanma mərasimi
    Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin "Manas" Beynəlxalq Aeroportunda qarşılanma mərasimi
    © AZƏRTAC
1 / 3
© AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekin "Manas" Beynəlxalq Aeroportunda qarşılanma mərasimi

1876
Teqlər:
MDB Dövlət Başçıları Şurası, Qırğızıstan, Azərbaycan Respublikası, İlham Əliyev, səfər
Əlaqədar
İlham Əliyev Bakıda orta məktəbin yeni binasının açılışında iştirak edib
İlham Əliyev MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək
İlham Əliyev Kim Çen Ina məktub yazdı
İlham Əliyev Xaçmaza səfər edib
İlham Əliyev "DP World" şirkətlər qrupunun sədrini qəbul edib
İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfirliyinə baş çəkib
İlham Əliyev İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

6
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

6
Hadisə yerində

Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı açıqlama

18
(Yenilənib 11:20 30.11.2020)
Bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar

BAKI, 30 noyabr — Sputnik. Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələr koronavirusla mübarizədə könüllü olaraq çalışırmışlar. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib. O, qeyd edib ki, bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb: "Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar. Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik."

Qeyd edək ki, yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Sahil Mustafazadə və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

18
Co Bayden, arxiv şəkli

Baydendən qadınlara "yaşıl işıq"

0
(Yenilənib 11:57 30.11.2020)
ABŞ tarixində ilk dəfə Ağ Evin mətbuat və ictimaiyytələ əlaqələr xidməti yalnız qadınlardan ibarət olacaq.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın növbəti prezidenti seçilən Co Bayden ölkə tarixində ilk dəfə Ağ Evin mətbuat xidmətinin tamamilə qadınlardan ibarət olacağını bildirib və heyət üzvlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı xəbərə görə, Bayden öz açıqlamasında mətbuat xidmətinin üzvlərini "müxtəlif, istedadlı və təcrübəli" şəklində xarakterizə edib.

O, "Amerika xalqı ilə birbaşa və düzgün formada əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir və bu komandaya Amerika xalqı ilə Ağ Ev arasında əlaqə yaratmaq kimi məsuliyyətli iş həvalə ediləcək", - deyə qeyd edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Cen Psakinin Ağ Evin mətbuat katibi təyin olunduğunu bildiriblər. O hazırda mətbuat və ictimaiyyətlə əlaqələr komandasını toplamaqla məşğuldur. Qeyd edək ki, Psaki Obama administrasiyası dövründə də Ağ Evdə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və bu sahədə başqa məsul vəzifələrdə işləyib.

Baydenin seçki kampaniyasının rəhbərinə müavinlik edən Keyt Bedinfild isə indi Ağ Evin ictimiyyətlə əlaqələr departamentinin direktoru olacaq. Komandanın qalan bütün üzvləri də qadınlardan ibarətdir.

0
Teqlər:
ABŞ prezidenti, Ağ Ev, Co Bayden