Marketdə siqaret satışı

Ölkədə siqaretin qiymətləri qaldırıldı

217
Satış məntəqələrində qiymətlərin qalxmasını firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

BAKI, 29 avq-Sputnik. Ölkəmizdə siqaret bahalaşıb. Bir sıra siqaretlərin qiymətlərində 20-40 qəpik civarında artım müşahidə edilir.

Satış məntəqələrində bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.
Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.

Sputnik lent.az-a istinadla xəbər verir ki, qiymət artımının qeydə alındığı siqaret markaları aşağıdakılardır:

— "LD" (nazik qutu) — 2.60 AZN (əvvəlki satış qiyməti — 2.30 AZN)
— "LD" (qalın qutu) — 2.30 AZN (2.00 AZN)
— "LD" (göy qutu) — 1.70 AZN (1.50 AZN)
— "LD" (ağ qutu) — 1.60 AZN (1.40 AZN)
— "Winchester" (compact) — 1.50 AZN (1.30 AZN)
— "Winchester" (qalın qutu) — 1.40 AZN (1.20 AZN)
— "More" — 1.20 AZN (1.00 AZN)
— "Yava" — 1.20 AZN (1.00 AZN)
— "Viceroy" (compact) — 1.50 AZN (1.30 AZN)
— "Viceroy" (nazik qutu) — 2.30 AZN (2.00 AZN)
— "Rothmans" (compact) — 2.30 AZN (2.00 AZN)
— "Rothmans" (nazik qutu) — 2.60 AZN (2.30 AZN)
— "West" (qalın qutu) — 1.50 AZN (1.30 AZN)
— "West" (compact) — 1.70 AZN (1.50 AZN)
— "Classic" (compact) — 1.50 AZN (1.30 AZN)
— "Classic" (uzun) — 1.60 AZN (1.40 AZN)
— "Classic" (qalın qutu) — 1.40 AZN (1.20 AZN)
— "Prima" — 1.20 AZN (1.00 AZN)
— "P&S" — 2.30 AZN (2.00 AZN)
— "West" (nazik qutu) — 2.60 AZN (2.30 AZN)

217
Teqlər:
Prima, Classic, West, Rothmans, Viceroy, Winchester, LD, siqaret
Əlaqədar
Siqaret çəkməyə görə ölüm cəzasından xəbəriniz vardı?
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
Bakıda növbəti "siqaret böhranı" başlayıb
Siqaret çəkib, içki içənlərin nəzərinə!
Avtomobildə siqaret çəkmək qadağan olundu
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

7
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

7
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

4
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə