Binəli Yıldırım, Türkiyənin baş naziri

Türkiyənin Baş naziri Azərbaycana gələcək

9
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayı keçiriləcək

BAKI, 25 avq — Sputnik. Avqustun 25-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə "Türkiyə Petrolleri A.O" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub. Sputnik SOCAR-a istinadla xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib.

Bildirilib ki, bu ilki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili "Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili" elan edib.

"Energetika və nəqliyyatda meqa-layihələr" adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyə Cümhuriyyətinin baş baziri Binəli Yıldırımın iştirak edəcəyi də qeyd olunub. Təşkilat Komitəsi tərəfindən Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib.

9
Teqlər:
Binəli Yıldırım, Heydər Əliyev, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, qurultay, "Türkiyə Petrolleri A.O", Rövnəq Abdullayev, SOCAR
Əlaqədar
Türkiyə Baş nazirindən mühüm açıqlama
Baş nazirlə ana müxalifət lideri arasında təkbətək görüş olub
Baş nazirlə general arasında ilginc telefon danışığı
Türkiyənin Baş naziri Azərbaycana gəlir
Baş nazirdən Almaniyaya sərt etiraz