Məxfi əməliyyat

RBP, DİN DTX "FETÖ əməliyyatları" ilə bağlı birgə açıqlama verdi

89
"Hizmət hərəkatı"nın Azərbaycan ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə olan tərəfdaşları ilə əlaqələri və maliyyələşmə mənbələri ilə bağlı vəsatət qaldırılıb

BAKI, 23 avq — Sputnik. Fətullah Gülənin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın Azərbaycanda "fətullahçılığı" təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Sputnik bu barədə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir.

Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016
© REUTERS / Charles Mostoller

"Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə "Azərfon" MMC-nin operatoru vəzifəsində işləyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı digər maddi sübutlarla yanaşı, Fətullah Gülənin çıxışları, "Gülən camaatı" adlandırılan qrupun üzvləri və "Hizmət imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, "fətullahçılığın" təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən həmin maddi sübutların məzmununda sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn çağırışların olması barədə rəy verilmişdir", — məlumatda bildirilir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində eyni məzmunlu cinayət işinin istintaqının aparılması ilə əlaqədar Fuad Əhmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin icraatında olan cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilərək vahid icraatda birləşdirilib: "Davam etdirilən istintaq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvü — partiya sədrinin köməkçisi Faiq Əmirovun "Azadlıq" qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək "Hizmət hərəkatı"nın təəssübkeşləri ilə birlikdə, məzmununda "fətullahçılığı", sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə öz adının və mobil telefon nömrələrinin olduğu "Hizmət imam"ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunub. Bu baxımdan, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən F. Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılıb. Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim edib və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını və yük yerini açıb".

Hüquq mühafizə orqanlarının məlumatına görə, axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə "Azadlıq" qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb: "Faiq Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

O da qeyd olunur ki, "Hizmət hərəkatı"nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

89
Teqlər:
əməliyyat, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, FETÖ, "fətullahçılıq", "Hizmət hərəkatı", Fətullah Gülən
Əlaqədar
Fətullah Gülən Azərbaycan hakimiyyətinə hədə-qorxu gəlib
Azərbaycanda Fətullah Gülənin tərəfdarları həbs olunub
Fətullah Gülənə 1900 illik həbs cəzası istənilir
Allahşükür Paşazadə də Fətullah Gülənlə mübarizəyə qoşuldu
Barak Obama Fətullah Gülən haqqında danışdı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
Baş Prokurorluq

Baş Prokurorluq DİN: İşğaldan azad olunmuş ərazilərə getməyin

14
(Yenilənib 18:29 28.11.2020)
Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik

BAKI, 28 noyabr - Sputnik. Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan işğaldan azad olunmuş ərazilərə səfər etməməyə çağıırıb.   

"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad edib. Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər”, - Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib.

Orada həmçinin qeyd olunub ki, noyabrın 28-də vətəndaşlar Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdiriblər. Nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.

"Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”, - deyə müraciətdə qeyd olunub. 

14
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq

Rusiyalı istehkamçılar Dağlıq Qarabağda əraziləri minalardan necə təmizləyirlər video

21
(Yenilənib 17:03 27.11.2020)
Rusiyanın hərbi mühəndisləri bir sutka ərzində 87 partlayıcı obyekt aşkar edərək zərərsizləşdiriblər. Daha ətraflı Rusiya Federasiyası Müdafiə Nazirliyinin videosunda izləyin.

Bu vaxta qədər Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Xankəndinin cənub kənarındakı uzunluğu 1,5 km-dən çox olan bir hissəsi də daxil olmaqla 2 hektardan çox ərazini və təxminən 3 km yolu təmizləyib. Əməliyyat zamanı ümumilikdə 144 partlayıcı obyekt məhv edilib.

Minaların zərərsizləşdirilməsi ilə məşğul olan sülhməramlılar müasir qoruyucu kostyumlar və partlayıcı obyektlərin axtarışı üçün IMP-S2 və INVU-3M mina detektorları kimi müasir vasitələrlə təchiz edilib.

21
Peyvənd, arxiv şəkli

Azərbaycanda hansı peyvənd sınaqdan keçirilir? Açıqlama

0
(Yenilənib 18:47 28.11.2020)
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Son günlər sosial şəbəkələrdə Azərbaycanda koronavirusa görə peyvəndin sınaqdan keçirildiyinə dair məlumat yayılıb. Məlumatlara görə, Azərbaycanda da dünyanın bir sıra ölkələrində uğurlu sayılan peyvəndlər sınaqdan keçirilir.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirməyə çalışıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın hələlik koronavirusa qarşı heç bir ölkədən peyvənd almadığını deyib.

O bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.  Qeyd edək ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Bu günədək koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95% effektiv olub. Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb:

“Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.

Onu da qeyd edək ki, Rusiyada orduda da koronavirusa qarşı peyvəndləməyə başlanılıb.

0