Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016

Azərbaycan siyasətində FETÖ izləri

171
(Yenilənib 12:22 23.08.2016)
Gülən şəbəkəsinin şaxələnməsi və bir çox qurumlara yol tapması barədə ölkə ictimaiyyətində gərgin müzakirələr gedir

Azərbaycan siyasətində FETÖ izləri
BAKI, 23 avq — Sputnik. Azərbaycanda Gülən şəbəkəsinə qarşı prokurorluğun açdığı cinayət işi üzrə həbslər başlayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon şöbəsinin gənclər təşkilatının sədri Fuad Əhmədli saxlanılıb. Onun ardınca isə avqustun 20-də AXCP sədrinin köməkçisi Faiq Əmirli şübhəli şəxs kimi saxlanılıb. İstintaq onun avtomobilindən Fətullah Gülənə aid kitablar götürdüyünü iddia edir.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı avqustun 17-də cinayət işi açılıb. Həmin vaxtı Sputnik-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirmişdi ki, işin təfərrüatları istintaq sirri təşkil etdiyi üçün ətraflı məlumat verə bilməyəcək.

Onun sözlərinə görə, hazırda bu cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Elə bu əməliyyat tədbirləri çərçivəsində də AXCP mənsubları həbs olunublar.

Rəsmi Ankaranın 15 iyul dövlət çevrilişinə cəhddə ittiham etdiyi şəbəkə FETÖ (Fətullahçı Terror Örgütü) adlandırılır ki, onlar ölkədə xaos yaratmaqda, dövlətə xəyanətdə və terror fəaliyyətində təqsirli bilinirlər. Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov Azərbaycandakı FETÖ tərəfdarlarının hamısının üzə çıxarılacağını qeyd edib.

"FETÖ təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖ-çülərin buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq", — N. Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir: "Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir".

Baş Prokurorluqda istintaqın gedişi ilə bağlı ətraflı məlumat verilməsə də, avqustun 22-də AXCP sədrinin köməkçisi Faiq Əmirlinin konkret hansı maddələrlə təqsirləndirildiyi məlum olub. Onun vəkili Aqil Layıcov deyib ki, F. Əmirli saxlanılarkən ona Cinayət Məcəlləsinin 283.2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb. Avqustun 22-də isə ona əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib. A.Layıcov qeyd edib ki, F. Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir.

Azərbaycanda Gülən şəbəkəsinin şaxələnməsi və bir çox qurumlara yol tapması barədə mətbuatda mütəmədi müzakirələr getməkdədir. FETÖ qruplaşmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki biznes lahiyələrində üstün mövqeyə malik olduğu iddia olunur.

Belə ki, iyul ayında saxlanılan Türkiyə "Petkim" neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud barəsində həbs qərarı verilib. Ümumiyyətlə, Türkiyədə həbs edilənlər arasında "SOCAR Türkiyə"nin baş direktor müavini İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovun da adı var. Onlar "terrora dəstək verməkdə" ittiham olunurlar.

Xatırladaq ki, Türkiyədə bu ilin iyulun 15-də uğursuz dövlət çevrilişinə cəhd ediləndən sonra ölkədə kütləvi həbslər aparılıb. Rəsmi Ankara çevrilişin arxasında FETÖ şəbəkəsinin dayandığını iddia edir və onun Amerikaya sığınmış lideri Fətullah Gülənin ölkəyə qaytarılmasını israrla tələb edir.

171
Teqlər:
Faiq Əmirli, Fuad Əhmədli, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Gülən şəbəkəsi, FETÖ, Fətullah Gülən, Baş Prokurorluq
Əlaqədar
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib
FETÖ-dən Azərbaycana hansı təhlükə gözlənilir?
Allahşükür Paşazadə də Fətullah Gülənlə mübarizəyə qoşuldu
Barak Obama Fətullah Gülən haqqında danışdı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
XİN-nin binası, arxiv şəkli

XİN: Azərbaycanla UNESCO arasındakı dialoqa üçüncü tərəf müdaxilə edə bilməz

8
(Yenilənib 23:46 15.01.2021)
XİN: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib

BAKI, 15 yanvar - Sputnik. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.

Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.

O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.

Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.

Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.

Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.

8

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

5
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

5
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0