Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar

Bu kənddə sünni-şiə ayrıseçkiliyi ləğv edilib

9249
(Yenilənib 16:43 12.08.2016)
Kəndin dindarları bir cümə günü sünni, digər cümə günü isə şiə məscidində biryerdə cümə namazını qılırlar.

Rahim Zakiroglu-Sputnik Azərbaycan

İki əsrlik yadigar
© Sputnik / Rahim Zakiroğlu
BAKI, 12 avq-Sputnik. Dünya əhalisinin təqribən 1 milyard 650 milyon nəfəri müsəlmandır. Bu müsəlmanlar isə iki böyük təriqətə bölünüblər: Müsəlmanların 85,95%-i əhli-Sünnə, 5,15%-i isə şiələrdir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

Azərbaycanda isə İslamın yayılması 639-cu ildən başlanır. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Hz. Əli İbn Əbutalibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti İslam dinini qəbul edib. Hal-hazırda Azərbaycanda rəsmi məlumata əsasən əhalinin 65%-i, qeyri-rəsmi məlumata əsasən isə 70%-i şiə, yerdə qalan hissəsi isə əhli-sünnədir. Uzun illər boyunca bir dinə qulluq etsələr də, bu iki böyük təriqət arasında söz və fikir ayrılığı olub. Son zamanlar bu təriqətlər arasında sülh müşahidə edilir.

Amma Azərbaycanda elə gözəl bir kənd var ki, oranın sakinləri nəinki Azərbaycan, batan dünya müsəlmanlarına gözəl nümunədirlər. Astaranın Pensər kəndində əsrlərdir sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar.

Pensər Astaranın mərkəzindən 18 km aralıda, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşir.

Tarixi mənbələrə görə, bu kənd Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub. Kəndin ilk adı Malavan olub. Burada əsasən maldarlar məskunlaşdığı üçün, kəndə Malavan — talış dilindən tərcümədə "maldarların məkanı" adı verilib. Əvvəllər sözügedən kənd indiki 4 kəndin ərazisini əhatə edib və kənddə yalnız əhli-sünnə yaşayıb.

  • Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    © Sputnik / Rahim Zakiroğlu
  • Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    © Sputnik / Rahim Zakiroğlu
  • Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    © Sputnik / Rahim Zakiroğlu
  • Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    © Sputnik / Rahim Zakiroğlu
  • Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar
    © Sputnik / Rahim Zakiroğlu
1 / 5
© Sputnik / Rahim Zakiroğlu
Astaranın Pensər kəndində sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar

Şah İsmayılın qızılbaşları bu torpaqlara yürüş etdikdən və bu kənddə qızılbaşların qərargahları yaradıldıqdan sonra, buranın adı dəyişdirilərək Butəsər, yəni Butabaşlar adlandırılıb. Kəndə Pensər adı isə 1928-30-cu illərdə verilib. Pensər sözü talışca Yuxarıbaş deməkdir.

Hal-hazırda kəndin ərazisi 900 hektar, əhalisi 5000 nəfərdir. Pensər kəndində 1 ölkə əhəmiyyətli tarixi abidə — Seyyid Cəmaləddin türbəsi, 5 yerli əhəmiyyətli tarixi abidə var. Yerli tarixi abidələrdən 2-si XIX əsrin yadigarı olan Məscidlərdir. Bunlar Pensər Cümə Məscidi və Hacı Teymur adına Cümə Məscididir. 

Hamam iki hissədən ibarətdir
© Sputnik / Rahım Muradov

Bu da kənd əhalisinin İslam dininə çox bağlı olduğuna dəlalət edir. Hacı Teymur məscidi əhli-sünnə təriqətindən olan Xeyriyyəçi Hacı Teymur tərəfindən tikilib. Pensər Cümə Məscidi isə kəndin digər xeyriyyəçisi, şiə təriqətindən olan Hacı Canbaxış tərəfindən inşa etdirilib. Kənd əhalisinin yarısını sünnilər, yarısını isə şiələr təşkil edir.

Camaat o qədər İslama, Məhəmməd peyğəmbərə, onun əhli-beytinə bağlıdırlar ki, uzun illərdir İslam dünyasında olan sünni-şiə ayrıseçkiliyini özləri öz aralarında ləğv ediblər.
Bu kənd digər kəndlərdən çox fərqlidir. Pensər əhalisi nəinki qonşu kəndlərə, hətta bütün Azərbaycana nümunədir.

Kənd əhalisinin bir hissəsi ötən əsrdə Lənkəranın Cil kəndindən köçənlərdir. Kənd möminlərinin ən nümunəvi cəhəti isə hər cümə bir yerdə yığışıb Cümə namazı qılmasıdır. Belə ki, bu kəndin dindarları bir cümə günü Hacı Teymur Məscidində, digər cümə günü isə Pensər Cümə Məscidində biryerdə Cümə namazını qılırlar. Cümə namazından öncə hər iki məscidin axundları məscidə yığınşanlara xütbələr oxuyarlar.

Xütbələrdə dindarlara İslam dininin tarixi, İslam peyğəmbəri Hz. Məhəmməd, onun nəvələri barədə söhbətlər aparılır, peyğəmbərin bəşər övladına məsləhətləri diqqətə çatdırılır. Qeyd edək ki, Pensərdə yaşayan sünnülər əhli-sünnənin Şafii qolunun nümayəndələridir.

9249
Teqlər:
Hz.Əli ibn Əbutalib, Şah İsmayıl, Qızılbaşlar, Pensər, Məhəmməd peyğəmbər, Astara
Əlaqədar
XIX əsrin möcüzəli hamamları
İki əsrlik yadigar
Ən böyük məscid bu ölkədə tikilir
İstərdik, məscid həm də maarif ocağı kimi fəaliyyət göstərsin
Рабочее место депутата парламента Азербайджана

Polisi döyməkdə günahlandırılan deputat açıqlama yaydı

1622
(Yenilənib 18:17 01.08.2021)
Eldəniz Səlimov bildirib ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər olub. İnanmaq istəyir ki, istintaq onları da obyektiv araşdıracaq, onun əməli ilə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək.

BAKI, 1 avqust - Sputnik. Polisi döyməkdə günahlandırılan Milli Məclisin deputatı Eldəniz Səlimov son günlər baş verənlərlə bağlı açıqlama yayıb. 

"Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu bir neçə gündə susdum", - deyə o, bildirib. 

Deputat qeyd edib ki, əlbəttə etdiyim hərəkətin yanlış olduğunun fərqindədir və bu da susmasının səbəblərindən biridir.

"Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək", - deyə Səlimov əlavə edib. 

Polisi döyən deputatın məsələsi 

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib.

S.Qafarova deputatların tələbini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Milli Məclis deputatının toxunulmazlığı hansı halda ləğv edilir? 

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.

Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz.

İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Həmçinin oxuyun:

* Milli Məclisin 53 deputatı Sahibə Qafarovaya müraciət edib

* Yol göründü - Baş Prokuror Eldəniz Səlimovla bağlı parlamentə müraciət etdi

* "Statusuna yaraşmayan hərəkətdir": Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər?

Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

 

 

1622
 Alfonso Dominges

Tokio-2020: Boksçu Alfonso Dominges həmyerlisini döyə bilmədi

902
Artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes finala çıxmaq üçün kubalı Arlen Lopesə qalib gəlməlidir.

BAKI, 1 avqust - Sputnik. Bu gün Azərbaycanın daha 3 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Çəkicatma növündə yarışan Anna Skidan təsnifat mərhələsini 31 idmançı arasında 16-cı sırada bitirib və finala vəsiqə qazana bilməyib.

Güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib. O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.

Boksçu Alfonso Dominges (81 kq) yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopesə uduzaraq bürünc medalla fikayətlənib.

Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 26-ya çatıb. Onlardan ikisi medala layiq görülüb.

08:13

Tokio-2020: Azərbaycanın idmançısı qızıl medal almaq istəyirsə, həmyerlisini döyməlidir

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Bu gün 25 dəst medalın sahibləri məlum olacaq.

Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq.

Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələnlər sırasına düşməyə çalışacaq.

Güllə atıcısı Ruslan Lunyov da təsnifat mərhələsində mübarizə aparacaq. O, Yaponiyadakı ikinci startında finalçılar sırasında olmaq üçün atəş açacaq.

Onlardan fərqli olaraq, artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes yarımfinal döyüşündə gücünü sınayacaq. O, Olimpiadalar tarixində finala çıxan ikinci boksçumuz (Rio-2016-da başqa bir kubalı Lorenso Sotomayor Azərbaycana gümüş medal qazandırıb) olmaq üçün kubalı Arlen Lopesə qalib gəlməlidir. Boksçumuz qalib gəlsə ən azı ilk gümüşü təmin edəcək. O, uduzsa isə yığmamızın Tokioda ikinci bürüncü rəsmiləşəcək.

Tokio-2020-də ilk medalımız

Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.

Həmçinin oxuyun:

Azərbaycan Tokioda ikinci medalını qazandı

İrina Kindzerska: "Medal qazandığımı başa düşəndə daxilimdə hər şey dəyişdi"

902
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Bakı bəyannaməsi" İsraillə başlayan yeni dönəm

0
(Yenilənib 22:17 01.08.2021)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avrasiyada yeni işbirliyi çərçivələri formalaşır: Əliyevlə Şəntopun görüşündən detallar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulanıb.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edilib.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

DTX əməliyyat keçirdi, qazilərdən rüşvət alan vəzifəli şəxslər saxlanıldılar

Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Tarixi "Bakı bəyannaməsi" imzalandı

İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq "Bakı bəyannaməsi"ni imzalanıb. Sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysəri imzalayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə…

İyulun 28-i Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Putin Təhlükəsizlik Şurası ilə Azərbaycan-Ermənistan sərhədindəki durumu müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəlik açdı

İyulun 28-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub.

Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və nazirlər Ticarət Nümayəndəliyinin lentini kəsiblər.

"Bu gün tarixi gündür. Ölkələrimiz arasında əlaqələr təxminən 30 il əvvəl qurulduğundan Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyi açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da yaxınlaşdıraraq münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlara yaradacaqdır. İnanıram ki, bu İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. İnşallah, biz bunu hamımız birlikdə, Azərbaycanda və İsraildə qeyd edəcəyik", - deyə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Həmin gün, həmçinin Azərbaycanın İsraildə Turizm Nümayəndəliyinin də açılışı olub.

Parlament sədrlərinin Şuşa səfəri

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.

Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şəntop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.

Paşinyan Azərbaycanla bütün sərhədə Rusiya sərhədçilərini yerləşdirmək istəyir

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkənin Azərbaycanla sərhədi boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrinin yerləşdirilməsini təklif edib. Paşinyanın xahişini yerinə yetirməyə hazır olub-olmamaqla bağlı sualın cavabında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə cavablandırıb: "Yerevanla əlaqələr davam edir, başqa heç nə deyə bilmərəm".

Türkiyədə başlayan dəhşətli yanğınlar

İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 8 nəfər dünyasını dəyişib. 

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.

Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

0