Qəzaya düşmüş avtomobil. Arxiv şəkli

Yol qırağında dayanan adamı vurdu, maşını ilə birlikdə çaya düşdü

2830
(Yenilənib 18:49 09.08.2016)
Şəkidə qəribə yol qəzası baş verib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 avq-Sputnik. Şəkidə ağır yol qəza hadisəsi baş verib.

Şəhərin 20 yanvar küçəsində Şəki şəhər sakini 1956-ci il təvəllüdlü Süleymanov Şirəli Ənvər oğlu 90-HR-055 dövlət nömrə nişanlı NİVA markalı avtomobildə idarəetməni itirib. 

O, yolun kənarında dayanan Şəki rayon Orta Zəyzid kənd sakini Əhmədov Sərxan Oruc oğlunu vuraraq çaya düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü avtomobildən çıxarılıb. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Sputnik-ə verilən məlumata görə, Əhmədov Sərxan yüngül bədən xəsarəti alıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Sürücü Süleymanov Şirəli isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Şəki rayon polis şöbəsində araşdırma aparılır.

2830
Teqlər:
Dövlət Yanğından Mühafizə Xidməti, Niva, Şəki Rayon Mərkəzi Xəstəxanası, Fövqəladə Hallar Nazirliyi, Şəki
Əlaqədar
Salyanda ağır qəza: bir ailənin beş üzvü xəsarət aldı
BNA: Bakıda qəza “Shacman”ın sürət həddini aşması səbəbindən baş verib
Tovuzda ağır qəza baş verib
Qaraçılar dəhşətli qəza törətdilər
Jurnalist, arxiv şəkli

"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov

14
Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərə müraciət edib.

Sputnik Azərbaycan üraciət mətnini təqdim edir:

"Əziz və dəyərli cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər!

Çox çətin şəraitdə çalışırsınız. Həyat və sağlamlığınızla risk edirsiniz. Bu, Vətən qarşısındakı müstəsna və danılmaz xidmətinizdir. Sizə hörmət və ehtiramımızı bildiririk.

Əziz dostlar, həmkarlar, daxilinizdəki ruh yüksəkliyini və coşğunu da anlayırıq. Ancaq işinizi görərkən hərbi formada, hərbi forma rəng çalarları olan paltarlarda olmayın. Məsələ yalnız onda deyil ki, bununla özünüzü açıq hədəfə çevirirsiniz. Hərçənd bu da əsasdır. Daha bir əsas məsələ sosial şəbəkələrdəki, xüsusən "Facebook"dakı şəkillərinizdir. Ora hərbi formada, əldə silah şəkil qətiyyən qoymayın.

Yada salım ki, biz hərbi formada, əlində mikrafon, diktafon, çiynində avtomat olan erməniləri görürdük. Əsaslandırırdıq ki, onların başlarına bir iş gəlsə, ermənilər başlayacaqlar ki, Azərbaycan Ordusu jurnalistlərə atəş açıb.

Allah eləməsin ki, başınıza bir iş gəlsin. Canınızı sağ və sağlam olsun. Gün o gün olsun ki, hər biriniz tam qələbə xəbərlərinin müjdəçisi olasınız. Amma müharibədir, hər şey mümkündür. Müharibənin ağırlığını sizlərə izah etməyə heç ehtiyac yoxdur. Hər gün görür və yaşayırsınız...

Uzun sözün qısası, sizlərlə bağlı hansısa hadisəni beynəlxalq media ictimaiyyətinin diqqətinə çatdıranda, xarici həmkarlarımızın etdikləri ilk iş açıb "Facebook"da sizinlə maraqlanmaq olur. Bu halda qarşılarında hərbi formalı adam çıxanda məsələni diqqətə çatdıranlara, yəni bizə münasibətləri heç də yaxşı olmur. İlk təəssürat çox çox önəmlidir. Prinsipial olaraq gördüklərinə inanırlar. Belədə qaldırılan haqlı problem əhəmiyyətini itirir.

Üstəlik onu da nəzərə alın ki, Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər. Hər vasitəyə əl atırlar. Cəbhə bölgəsində olan jurnalistin hərbi formadakı şəklindən gözəl sübut isə yoxdur. Bunu mütləq qaydada nəzərə almağınızı xahiş edirəm.

Hər birinizə bol-bol uğurlar və cansağlığı arzulayıram!"

14
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

16
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

16