Rəcəb Tayyib Ərdoğan və Berat Albayrak. İstanbul, 16 iyul 2016-cı il

Ərdoğanın kürəkəni Berat Albayraq Rövnəq Abdullayevlə SOCAR-ın taleyini müəyyənləşdirdi

183
(Yenilənib 15:36 03.08.2016)
SOCAR rəhbərliyi Türkiyə rəhbərliyi ilə 15 iyulla bağlı məsələlərə aydınlıq gətirdi.

BAKI, 3 avq-Sputnik. SOCAR prezidenti Rövnəq Abdullayev Ankarada keçirilən Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edəndən sonra Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində nazir Berat Albayrakla görüşüb. 

Sputnik-in məlumatına görə, görüşdə nazir SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə maraqlanıb.

SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.

SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və STAR layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən Albayrak, bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, PETKİM-də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub. Bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb.

Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bır sıra aspektləri də müzakirə olunub.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamı və kürəkənidir. 15 iyulda baş verən çevriliş cəhdindən sonra SOCAR-ın Türkiyədəki fəaliyyətləri ilə bağlı müxtəlif spekulyasiyalar meydana çıxmışdı. Hətta "SOCAR Turkey Energy"nin pay ortağı olan "PETKİM"də bir sıra həbslər və axtarışlar həyata keçirilmişdi.

Azərbaycan və Türkiyənin bir sıra KİV-ləri isə SOCAR rəhbərliyinin FETÖ lideri Fətullah Gülənlə yaxın əlaqələri olduğunu iddia edirdi.

183
Teqlər:
Petkim Petrokimya Holding, STAR, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, Berat Albayrak, TANAP, Ərdoğan, SOCAR, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rövnəq Abdullayev
Əlaqədar
SOCAR-ın pay ortağı olan "Petkim"-də axtarışlar aparılır
"SOCAR Turkey Energy" "Petkim"dəki payını satır
SOCAR Petkim-dəki səhmlərinin bir hissəsini satışa çıxarır
Ərdoğan SOCAR prezidenti Rövnəq Abdullayevi qəbul edib
Avtobus dayanacağı, arxiv şəkli

DYP-dən dayanacaqlarla bağlı narazılıq

0
(Yenilənib 16:54 25.11.2020)
Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin.

BAKI, 25 noyabr — Sputnik. "Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onlayn formatdan keçirilən "Baku City Forum"da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.

Onun sözlərinə görə, narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir: "Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəndən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin".

0
Teqlər:
narazılıq, dayanacaq, DYP
PPX avtomobili, arxiv şəkli

Masallıda koronavirus xəstələri rayonu tərk etmək istərkən saxlanılıb

0
(Yenilənib 16:53 25.11.2020)
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

0