Seysmoqraf. Arxiv şəkli

Azərbaycanda ən aktiv zəlzələ ocaqları açıqlanıb

161
(Yenilənib 13:24 02.08.2016)
Bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib.

BAKI, 2 avq-Sputnik. Azərbaycanda ən aktiv zəlzələ ocaqlarının adları açıqlanıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, ən aktiv zonalar Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.

Onun sözlərinə görə, indiyə kimi baş verən zəlzələlərin hamısı zəif təkanlardır. Q.Yetirmişli qeyd edib ki, bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib. Ötən gün baş verən zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir: "Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələlər baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada da güclü təkanlar baş verir".

Q. Yetirmişli qeyd edib ki, bu ilin 7 ayı ərzində seysmik cəhətdən ən aktiv zonalar Şamaxı, İsmayıllı və Xəzər dənizində olub.

161
Teqlər:
Respublika Seysmoloji Xidmət Mərkəzi, Qurban Yetirmişli, zəlzələ
Azərbaycan Dövlət İqtisad Universitetinin binası

Azərbaycanda universitetin sabiq rektoru vəfat edib

14
(Yenilənib 23:36 07.07.2020)
Mərhum professor Fuad Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

BAKI, 7 iyul - Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, iqtisad elmləri doktoru, professor Fuad Nəsrullah oğlu Ələsgərov dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov bildirib.

Mərhum F.Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Allah rəhmət eləsin!

14
Qandal, arxiv şəkli

Həbsdən ev dustaqlığına: pandemiya məcbur etdi

141
(Yenilənib 22:44 07.07.2020)
Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə videokonfrans formatında görüş keçirilib

BAKI, 7 iyul — Sputnik. Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVID-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Görüş zamanı bildirilib ki, qlobal pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun faəliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosesləri onlayn rejimdə videokonfrans formatında da keçirilib.

Qeyd olunub ki, bu ərəfədə qanunvericiliyə edilmiş dəyişikliklərlə cinayət işlərində də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə videokonfransın tətbiqi imkanları yaradılıb.

Tədbirdə dövlət başçısının əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb, BMT və Avropa Şurası tərəfindən eyni tövsiyələrin bütün dövlətlərə ünvanlandığı qeyd olunub.

Bildirilib ki, bu humanist institutun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işləri öyrənilib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda onlarla söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1.000 nəfərədək  məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Görüşdə həmçinin, nazirliyin Tibb baş idarəsi tərəfindən fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan məhkumların, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş şəxslərin müayinəsinə xüsusi diqqətlə yanaşıldığı bildirilib. Məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunduğu, bu məqsədlə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti  qeyd olunub.

Bu dövrdə beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının birgə həyata keçirilən layihə çərçivəsində, habelə Beynəlxalq Qızıl Xaç Komitəsinin penitensiar müəssisələrdə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə öz dəstəklərini əsirgəmədikləri bildirilib. Eyni zamanda qeyd olunub  ki, bu ərəfədə Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolu imzalanıb və ölkə Prezidenti tərəfindən artıq təsdiq edilib.

Vətəndaş cəmiyyətinin təmsilçiləri Ədliyyə Nazirliyi tərəfindən pandemiyaya qarşı ilk gündən çox ciddi addımların atıldığını, bununla bağlı keçirilən monitorinqlərdə, şərti azadetmə institutunun tətbiqi ilə bağlı Komissiyanın iclaslarında yaxından iştirak etdiklərini söyləyərək bu sahədə görülən işləri, səmərəli ictimai nəzarətin həyata keçirilməsini yüksək dəyərləndiriblər.

Avropa İttifaqının nümayəndəsi görüşün üçtərəfli formatda keçirilməsini təqdirəlayiq olduğunu vurğulayaraq əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib, nazirlik tərəfindən pandemiyaya qarşı görülən tədbirlərə dəstək göstərməyə hazır olduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

141
Əlaqədar
Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət ediləcək
Azərbaycanda 33 məhkum koronavirusa yoluxdu - RƏSMİ
Ömürlük məhkumların əfvində maraqlı məqam: "O zaman cəmiyyətdə ədalətə inam itər"
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

0
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

0
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar