Antiterror əməliyyatı

Azərbaycan terror aktivliyi riski yüksək olan ölkələr siyahısına daxil edildi

75
Böyük Britaniya XİN-in məlumatına görə, ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb

BAKI, 29 iyul — Sputnik. Böyük Britaniyanın "Daily Express" qəzeti Avropada turistlərin təhlükəsizlik baxımından ölkələrin reytinqini tərtib edib. "Report" xəbər verir ki, məlumatlar Böyük Britaniya Xarici İşlər Nazirliyindən alınmış informasiya əsasında hazırlanıb və bu yay ölkə xaricində istirahət etmək qərarına gəlmiş britaniyalılar üçün tövsiyə xarakteri daşıyır.

Ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb. Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, Bosniya və Herseqovina terror aktivliyi riski yüksək olan ölkələr siyahısına daxil edilib.

"Daily Express"in reytinqində terror aktivliyi riski aşağı olan ölkələr isə Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Çernoqoriya, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiyadır. Andorra, Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marino, Sloveniya və İsveçrə isə təhlükəsiz ölkələr kateqoriyasına aid edilib.

75
Teqlər:
istirahət, terror, turist, Avropa, "Daily Express" qəzeti, Böyük Britaniya
Əlaqədar
Fransa prezidentinin doğulduğu yerdə terror aktı baş verib
İŞİD Fransa terrorunun məsuliyyətini öz üzərinə götürdü
Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir
Nitsa terroru ilə bağlı məhkəmə başlayır
ABŞ səfirliyi qarşısında terror şoku
İstanbul terrorunun istintaqı yekunlaşdı