BAKI, 26 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda-müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.
Əsgərlərlə nahar edən Müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.
Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular Müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da torpaqlarımız işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.
Şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyini və Ali Baş Komandanın əmri ilə respublikamızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.
Bu gün Dövlət Turizm Agentliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə dəstəyi ilə Xəzər dənizinin Lənkəran rayonu ərazisindəki sahilində təmizlik və maarifləndirmə tədbiri həyata keçirilib. Beynəlxalq Yer Kürəsi Günü çərçivəsində keçirilən aksiya Lənkəranın Nərimanabad qəsəbəsi, Aşağı Nüvədi və Sütəmurdov kəndlərini əhatə edib.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Elgün Məmmədovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəranda həyata keçirilən tədbir “Yer Kürəsi Günü”nün earthday.org rəsmi internet səhifəsindəki tədbirlər siyahısında qeydiyyatdan keçirilib: "Bu tədbir turizmin hər bir sahəsi, eləcə də balıqçılıq turizminin inkişafına dəstək üçündür. Bunun üçün hal-hazırda bir neçə məkan seçilərək əvvəlcədən müəyyən edilib. Burada həm balıqçılıqla məşğul olan, həm də digər turistlərin hərəkət edə biləcəkləri ərazilər əsas götürülüb”.
Tədbirin təşkilatçılarından olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqh öz növbəsində Dövlət Turizm Agentliyinin əməkdaşları və lənkəranlılarla bir yerdə sahillərin təmizlənməsi lahiyəsində birlikdə iştirak etdiklərindən çox məmnun olduğunu bildirib:
“Mən bu gün burada olmağımla fəxr edirəm. Gördüyümüz kimi, bura Azərbaycanın ən gözəl bölgəsidir. Lənkəranda turizmin inkişaf etdirilməsi üçün böyük potensial və resurslar var. Mən deyərdim ki, lənkəranlılarla bir yerdə çalışıb buranı Azərbaycanın digər bölgələrindən gələn qonaqlar üçün turistik məkana çevirməliyik. Biz Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edərək bu bölgəni turistik zonaya çevirməyə çalışırıq. Amma bununla yanaşı, biz bu bölgədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə də çalışırıq.
Bizə Azərbaycan xalqının, xüsusilə də fermerlərinin çox zəhmətkeş olduqları məlumdur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda kənd təsərrüfatına investisiya etdiyi hər 1 dollar 8 dollar gəlir gətirib. Bu istiqamətlərdə Azərbaycan Dövlət Agentlikləri ilə əməkdaşlıq edərək Azərbaycanda turizmi və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindəyik. Yəqin, hər biriniz burada bitən kivi və çiyələyin başqa yerlərdə olduğundan daha dadlı olması ilə razılaşarsınız. Bu sahələrin inkişaf etdirilməsi məqsədilə burada soyuducu anbarlar inşa etdirmişik və bunrlar fermerlərə öz məhsullarının satışı üçün yeni imkanlar yaradıb. Bu layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlarımıza, Dövlət Turizm Agentliyinə və əlbəttə ki, könüllülərin hər birinə öz minnətdarlığımı bildirirəm”.
Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

BAKI, 22 aprel — Sputnik. Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Avtomat monitorinq stansiyalarından əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,6 dəfə çoxdur.