Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin, media ictimaiyyətinin diqqətindən kənarda qalmış büstü ziyarət olunub

Sputnik Azərbaycan-dan nümunəvi təşəbbüs

197
(Yenilənib 16:39 21.07.2016)
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin, media ictimaiyyətinin diqqətindən kənarda qalmış büstü ziyarət olunub

BAKI, 21 iyul — Sputnik. Bu gün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü və Azərbaycan Mətbuat Şurası rəhbərliyinin iştirakı ilə, bu vaxta kimi ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalmış, Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin büstü ziyarət olunub. Ətrafında aparılmış abadlıq işlərindən sonra media təmsilçilərinin iştirakı ilə büstün qarşısına əklil qoyulub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə əsası qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

"1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, bu, Azərbaycanda sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib", — MŞ sədri bildirib.

Ə. Amaşov bildirib ki, "Əkinçi"dən sonra maarifçilik ideyalarını təbliğ edən "Kəşkül" və "Ziya", "Kaspi", "Şərqi-rus", "Molla Nəsrəddin" kimi qəzetlər, jurnallar yaranıb: "Hazırda Azərbaycan mətbuatı azad və sərbəst şəkildə inkişaf edir. Ulu öndər Heydər Əliyevin mətbuat üzərindən senzuranı götürməsi tarixi hadisə olmaqla yanaşı, demokratik mətbuatın inkişafına təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir".

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edib
© Sputnik / Murad Orujov
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edib

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi olmaqla yanaşı, ölkənin ilk maarifçilərindən biri kimi tarixdə dərin iz buraxıb: "Sabah Azərbaycanın bütün media strukturları peşə bayramını qeyd edəcək. Bu səbəbdən, Sputnik beynəlxalq informasiya agentliyi Mətbuat Şurası ilə birgə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xatirəsini yad etmək istədik".

Əziz Əliyev çıxışında bildirib ki, Sputnik-in Azərbaycan mətbuatının inkişafına töhfə verəcək analoji tədbirləri bundan sonra da davam edəcək.
© Sputnik / Murad Orujov
Əziz Əliyev çıxışında bildirib ki, Sputnik-in Azərbaycan mətbuatının inkişafına töhfə verəcək analoji tədbirləri bundan sonra da davam edəcək.

"1875-ci ildə o, Azərbaycanın ilk qəzeti olan "Əkinçi"ni yaradıb. Azərbaycan jurnalistikası məhz bu insanın — Moskva Dövlət Universitetinin məzununun sayəsində yarandı", — Sputnik Azərbaycan-ın rəhbəri bildirib.

Onun sözlərinə görə, Zərdabinin irsi indi Azərbaycanda mövcud olan azad və demokratik jurnalistikaya təkan verib: "Biz beynəlxalq agentlik olmaqla yanaşı, həm də Azərbaycan media məkanının bir parçasıyıq və milli mətbuatımızın yarandığı əlamətdar günü xüsusi şəkildə qeyd etməyə bilmərik", — deyə Ə. Əliyev qeyd edib.

O, həmçinin ümid etdiyini bildirib ki, Sputnik-in Azərbaycan mətbuatının inkişafına töhfə verəcək analoji tədbirləri bundan sonra da davam edəcək.

© Sputnik / Kamilla Əliyeva
Sputnik-in redaksiyası və Mətbuat Şurası Zərdabinin xatirəsini yad etdilər
197
Teqlər:
Həsən bəy Zərdabi, Nəbatat Bağı, media ictimaiyyəti, Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu, Milli Mətbuat Günü, Azərbaycan Mətbuat Şurası, Əflatun Amaşov, Əziz Əliyev
Əlaqədar
Sputnik Mətbuat Şurası ilə birgə Zərdabinin xatirəsini yad etdi
Sputnik-in əməkdaşı şahmat turnirinin qalibi oldu
Qaradərili amerikalı Sputnik-ə danışdı: ABŞ-da dəhşət baş verir
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Sputnik agentliyi və radiosu beynəlxalq iqtisadi forumun informasiya tərəfdaşı oldu
Vladimir Putin Sputnik-ə təşəkkür etdi
Sputnik Azərbaycan qiraət layihəsini başa çatdırır
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19
Kişi qadına telefonda yazışmanı göstərir, arxiv şəkli

Qısqanc ər arvadını öldürdü - Daha bir dəhşətli qətl

12
(Yenilənib 23:38 23.01.2021)
1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəlilabad rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0