Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə yaxın günlərdə baxacaq

23
Qanunvericiliyə əsasən, Prezidentin təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasına onun dərc olunduğu gündən, yəni iyulun 18-dən ən geci 7 gün keçənədək başlanmalıdır

BAKI, 19 iyul — Sputnik. Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin imzası ilə daxil olan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə yaxın günlərdə baxacaq. Qanunvericiliyə əsasən, Prezidentin təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasına onun dərc olunduğu gündən, yəni iyulun 18-dən ən geci 7 gün keçənədək başlanmalıdır. Azərbaycan Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif ilə bağlı Konstitusiya Məhkəməsindən rəy almalıdır.

Məhkəmə Prezidentin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair rəy verməkdən imtina edə bilməz. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək. Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

23
Teqlər:
Plenum, Referendum Aktı, Konstitusiya Məhkəməsi, İlham Əliyev, prezident
Əlaqədar
İrəvanda referendum saxtakarlıqları əleyhinə yürüş başlayıb
"Türkiyə hansı məntiqlə referenduma gedəcək?!"
Britaniyanın AB-də üzvlüyünə dair referendumun tarixi elan edilib
Prezidentlərin görüşü Ermənistandakı referendumdan asılıdır