İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev: "Bu, türk xalqının iradəsinə qarşı törədilən dəhşətli cinayətdir"

25
(Yenilənib 16:20 16.07.2016)
Azərbaycan Prezidenti türkiyəli həmkarına məktub ünvanladı: "Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir"

BAKI, 16 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı məktub ünvanlayıb. Sputnik xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.

Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.

Əziz Qardaşım, mən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

25
Teqlər:
məktub, dövlət çevrilişi, Azərbaycan Prezidenti, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Çevrilişə cəhd edən hərbçilər Yunanıstandan sığınacaq istəyirlər
İrandan Türkiyədəki hərbi çevriliş cəhdinə reaksiya
İstanbul sakinləri Ərdoğanın şəkilləri ilə yürüş keçirdilər
Moskva Türkiyədə yaşanan olaylarla bağlı mövqeyini açıqladı
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
104 qiyamçı hərbçi öldürülüb