Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Fransadakı vətəndaşlarına çağırış etdi: "Kütləvi yerlərdən uzaq durun"

17
Xarici İşlər Nazirliyi: "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir"

BAKI, 15 iyul — Sputnik. "Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri
© REUTERS / Eric Gaillard

Sputnik xəbər verir ki, bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb. "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", — deyə bəyanatda bildirilir.

"Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.
Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq", — XİN vurğulayıb.

17
Teqlər:
Nitsa, Xarici İşlər Nazirliyi, Fransa, Azərbaycan, çağırış, terror
Əlaqədar
İŞİD Azərbaycanda terror aktları planlaşdırıb - Türkiyədən xəbərdarlıq
İstanbul terrorunda təqsirləndirilənlər arasında Azərbaycan vətəndaşı da var
İstanbul terrorunun istintaqı yekunlaşdı
ABŞ səfirliyi qarşısında terror şoku
Türkiyə xüsusi xidməti terrorçulara necə "açıq verdi" - israilli kəşfiyyatçı danışır
Terrorçuların hansı ölkələrdən gəldikləri bəlli oldu