CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

© Photo : wpmedia.news.nationalpost.comBeynəlxalq Mülki Aviasiya Təşkilatı
Beynəlxalq Mülki Aviasiya Təşkilatı - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər zamanı ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirilib və uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramı razılaşdırılıb

BAKI, 11 iyul — Sputnik. Bu gün Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı təntənəli tədbirlər keçirilib. Bu barədə Sputnik-ə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə ICAO-nun Prezidenti Olumuiva Benard Aliu, təşkilatın Baş katibi Fan Lyu, Avropa dövlətlərinin mülki aviasiya qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də təntənəli tədbirdə iştirak edib. Səfər zamanı nümayəndə heyəti, həmçinin ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib və uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.

Xəbər lenti
0