Atatürk Hava Limanının əməkdaşları terror hadisəsi zamanı vəfat etmiş həmkarlarnın xatirəsini anırlar

İstanbul terrorunda təqsirləndirilənlər arasında Azərbaycan vətəndaşı da var

57
(Yenilənib 23:52 04.07.2016)
Terror aktının təşkilatçılarından olduğu iddia edilən həmyerlimiz Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib

BAKI, 4 iyul — Sputnik. İstanbulun Atatürk Hava Limanında terror aktı törətməkdə şübhəli bilinən şəxslər arasında Azərbaycan vətəndaşı da var və onun barəsində iyulun 3-də həbs qətimkan tədbiri seçilib. APA-nın Türkiyə müxbiri xəbər verir ki, iyunun 29-da axşam saatlarında İstanbulun Atatürk aerportunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.

Məhkəmədə E. Bünyadovun hüquqlarını İstanbul Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Figen Ava Destanoğlu vəkil müdafiə edib. E. Bünyadova qarşı Türk Cəza Qanununun "Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə" maddəsi üzrə ittiham irəli sürülüb, o, cəza evinə göndərilib.

APA-nın müxbiri məhkəmənin protokolunu da əldə edib. Protokoldan aydın olur ki, məhkəmə prosesində E. Bünyadovun vəkili müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini açıqlayıb.

"Müdafiəçisi olduğum şəxsə aid edilən suçlamaları qəbul etmirik. Özü Türkiyədə yaşamaqdadır. Sabit yaşayış ünvanı var. Bu cəhətləri nəzərə alaraq, müdafiə etdiyim şəxs həbs edilmədən istintaqın aparılmasını, bu olmazsa, ədliyyə nəzarəti tətbiq edilərək istintaqın aparılmasını tələb edirəm", — deyə vəkil bildirib.

Lakin məhkəmə vəkilin bu tələbini nəzərə almayaraq, E. Bünyadovun həbsinə qərar verib. E. Bünyadovdan başqa, terror aksiyasında şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, iyunun 29-da Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub. Onlardan 4-ü, o cümlədən E. Bünyadov xarici vətəndaşdır.

57
Teqlər:
Elçin Bünyadov, Atatürk Hava Limanı, şübhəli, İstanbul, Azərbaycan vətəndaşı, terror
Əlaqədar
İstanbul terroru ilə bağlı yeni fakt ortaya çıxdı
Obama: "İstanbul terroru bütün insanlığa qarşı törədilib"
"İstanbul terroru elə planlanmışdı ki, baş tutmaması mümkün deyildi"
Ərdoğanla Obama İstanbul terrorunu aktını müzakirə ediblər
"Çoxdan İstanbulu tərk edərdik..."
AZAL İstanbul reyslərini bərpa edir
Полиция Украины, фото из архива

Sahibkarlardan "haqq" yığan azərbaycanlılar ələ keçdilər - Onların başçısı...

0
(Yenilənib 13:08 13.08.2020)
UTX mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna ədliyyəsindən gizlənən azərbaycanlı qanuni oğru Lotu Quli (Nadir Səlifov) tərəfindən nəzarət edildiyini bildirib.

BAKI, 13 avqust — Sputnik. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessada insan quldurluğu, soyğunçuluq və adam oğurluğu ilə məşğul olan "Lotu Guli" qrupunun daha iki üzvünün tutulması üçün xüsusi əməliyyat keçiriblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna Təhlükəsizlik Şurasının mətbuat mərkəzinin məlumatına görə, dəstənin dörd təşkilatçısı iyulun əvvəlində bir nəfəri qaçırmaq istəyərkən hüquq mühafizə orqanları tərəfindən tutulub.

"Təcili keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində kəşfiyyatçılar daha əvvəllər baş vermiş bir sahibkarın qarət edilməsi, soyulması və qaçırılması ilə hadisəsi əlaqəli qrupun daha iki fəal üzvünü müəyyənləşdirilib. Bu gün isə UTX-nin əməliyyatçıları Odessa şəhərinin kənarındakı özəl sektorda cinayətkarları saxlayıblar" - deyə məlumatda bildirilir.

Saxlanılan hər iki şəxs girov qoymaq hüququ olmadan həbs edilib.

UTX mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna ədliyyəsindən gizlənən azərbaycanlı qanuni oğru Lotu Quli (Nadir Səlifov) tərəfindən nəzarət edildiyini bildirib.

0
Qonaqlıq, arxiv şəkli

Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları

5
(Yenilənib 12:35 13.08.2020)
Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

BAKI, 13 avqust — Sputnik. Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək xüsusi karantin qaydalarını kobudcasına pozublar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeyib-içmək məclisi təşkil edən həmin şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

5