Baltika-Baku brendi altında istehsal edilən pivələr

Avqustda yüzlərlə insan işini itirəcək

408
(Yenilənib 11:05 04.07.2016)
Ölkənin pivə bazarının 75 faizdən çox hissəsinə nəzarət edən "Baltika-Bakı" şirkətinin fəaliyyətini dayandırmaq qərarı verməsi cəmiyyətdə narahatlıq yaradıb

BAKI, 1 iyul — Sputnik. "Baltika-Bakı" şirkəti avqustun 15-dən pivə istehsalını müvəqqəti dayandıracaq. Şirkətin məlumatına görə, Azərbaycanda pivə bazarının həcmi 2015-ci ildə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya hələ də davam edir.

Şirkətin məlumatında bildirilir ki, bunun əsas səbəbi ölkədəki makroiqtisadi vəziyyət və milli valyutanın dəyərsizləşməsidir: "Bu, əhalinin alıcılıq qabiliyyətini kəskin azaldıb. Şirkətin biznesinə qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarif sistemində dəyişiklik olub, bu isə 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq".

"Bundan başqa, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir. Bu, şirkət məhsulunun realizasiyasını çətinləşdirir", — deyə şirkət qeyd edir.

İqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında bildirib ki, yay aylarında pivə məhsullarına təlabat böyük olur: "Kifayət qədər insan pivədən yararlanır. Qeyr-neft sektorunun inkişafı baxımından isə yerli müəssisənin dayandırılması arzuolunan deyil. Hökumət bu məsələyə həssas yanaşmalıdır, imkan daxilində çalışmalıdır ki, belə müəssisələrin bağlanmasına yol verilməsin".

Ekspertin sözlərinə görə, şirkətin bu addımının səbəbi suyun qiyməti və devalvasiya deyil, məhz kart sistemidir: "May ayında su qiymətləri əhali üçün artdı. Sudan xammal kimi istifadə edənlərin tarifi isə əksinə azaldı. Pivə şirkətləri isə sudan xammal kimi istifadə edir. Ola bilər ki, şirkət sudan xammal istifadəçisi kimi qeydiyyatdan keçməyib".

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

"Devalvasiya isə alıcılıq qabiliyyətinə təsir edə bilər, lakin bu, əsasən xarici məhsullara aiddir. Onların qiymətləri qalxır, lakin yerli malların qiymətləri əvvəlki səviyyədə qalır. Məncə, burda əsas səbəb, məhz kart sistemidir ki, spitrli içki istehsal edən müəssisələr kart sisteminə keçməkdə qəti maraqlı deyil və bununla bağlı hətta uzun müddət müqavimət də göstəriblər", — S. Əliyev vurğulayıb.

Sputnik əməkdaşının Baknın Yasamal rayonunda yerləşən, açıq havada pivə təklif olunan bir sıra yerlərdə apardığı müşahidələrsə göstərdi ki, istifadəçilərin pivəyə marağı azalmayıb. Belə ki, günün ikinci yarısı, xüsusən də axşam saatlarına yaxın kafelərdə kifayət qədər sıxlıq müşahidə olunur. Satıcılar deyirlər ki, əvvəlki illərdən fərqli olaraq insanlar daha çox yerli istehsal içkilərə üstünlük verirlər, elə kafelər də bir qayda olaraq yerli pivələr təklif edir.

Xaricdən gətirilən pivələr baha olduğundan, istehlakçılar yerli istehla önəm verirlar. Lakin burada da bir "əmma" var. Rəylərini Sputnik-lə paylaşan istehlakçılardan bəziləri yerli pivələrin keyfiyətinin, ən azı ötən ilki səviyyədə olmadığını iddia edirlər. Bir çoxları isə qiymətin bahalığını və belə qiymətlərin təklif olunan məhsula adekvat olmadığını deyirlər.

"Baltika-Bakı"dan onu da bildiriblər ki, hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığının məhdudlaşdırılması ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək və pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq. Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən "Baltika-Bakı" zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. Bu, istehsalat xərclərini azaltmağa, şirkətin biznesinin rentabelliyini saxlamağa, kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasına imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olan "Baltika-Bakı" Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə ölkə vətəndaşının iş yeridir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi çalışır. Şirkətin dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 mln. manat təşkil edir.

408
Teqlər:
kart sistemi, "Baltika-Bakı", pivə, spirtli içki, devalvasiya, Samir Əliyev
Əlaqədar
2 milyon insan işsiz qalacaq
250 min neftçi işsiz qalacaq
Azərbaycanda işsizlərin sayı bilindi
İşsiz əlillər işlə təmin olunacaqlar
İşsiz məcburi köçkünlərə orta aylıq maaşların verilmə qaydası dəyişib

Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib - FOTO

13
(Yenilənib 22:50 01.03.2021)
İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.   

BAKI, 1 mart - Sputnik. “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana  tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.  

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Həkimlər  gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

13
Qarda qəza, arxiv şəkli

Qarlı havada bir-birinə dəyən avtomobillərin zərərini kim ödəyəcək?

515
"Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Ötən həftə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq sürücülərə qarlı havada şəxi avtomobilləri ilə yola çıxmamaq tövsiyyə olunsa da, respublikanın avtomobil yollarında 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdi. Qarlı-şaxtalı hava yol nəqliyyat hadisələri zamanı avtomobillərə dəyən ziyanın necə ödənilməsi məsələsini də gündəmə gətirib. Sputnik Azərbaycan bu vəziyyətdə avtomobillərə dəymiş ziyanın kim tərəfindən ödənilməli olduğunu araşdırıb.

Sığorta üzrə ekspert Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası mövcuddur: "Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir. Çünki burada günahkar tərəfi təyin etmək çox çətindir. Hətta deyərdim ki, mümkünsüzdür. Belə hallarda vətəndaşlar hərəsi öz avtomobillərini təmir etdirmək məcburiyyətində qalır. Çünki, burada icbari sığorta haqqında qanunun tələbləri işləmir. Könüllü sığortaya gəldikdə (kasko sığorta) belə qarlı hava şəraitlərində dəymiş zərər hər bir halda sığorta şirkətləri tərəfindən ödənilir və ödənilməlidir. Çünki, kasko sığortada qarlı hava şəraiti istisnası yoxdur".

Sığorta üzrə ekspert İlkin İbrahimov isə deyir ki, qarlı havada yol-nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə qəza baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır. Bu vaxt itkisi isə narazııqlara gətirib çıxarır: "Hesab edirəm ki, bu hallarla bağlı Daxili İşlər Nazirliyində operativ qərərgah yaradılmalı hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Ekspertizanın aparılması uzun vaxt alır. Avtomobil qəzalarında icbari sığortası olanlar qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır".

Sığorta şirkətləri isə sığortası olan avtomobillərə qarlı hava şəraitində dəyən ziyanın məbləğinin ödənildiyini söyləyirlər.

"Xalq Sığorta" Şirkətinin Hadisələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, qar çoğunu, qar fıtınası olduğu havalarda avtomobilə dəyən ziyan təminata düşmür: "Yox əgər qışa xarakterik olan qarlı-buzlu havada idarəetməni kimsə itirib digər avtomobilə ziyan vurursa, bu halda məsuliyyət sığortası işləyir. Tam ödəniş olunur".

Bununla belə şirkətdən bildirdilər ki, mütləq yol polisinin hadisə ilə bağlı protokolu olmalıdır: "Bəzən yol polisi işçiləri də buzlu havada günahkarı müəyyən etməyə çətinlik çəkir. Amma günahkar müəyyən olunubsa, hansı sığorta şirkətinin sığortaladığ avtomobil günahkardırsa, dəyən ziyan mütləq ödəməyə borcludur. Bizim şirkətdə sığorta olunan avtomobillərdən 60-a yaxın avtomobil buzlu havada iki ügn ərzində qəzanın törənməsinə səbəb olub. Həmin avtomobillərə dəyən ziyan ödəniləcək".

O ki, qaldı dövlət orqanın günahkarı müəyyən etmədiyi qəzada sığortanın necə ödənilməsinə, şirkətdən bildirdilər ki, qaununla bu iş dövlət orqanın üzərinə düşür, sığorta şirkətinin yox!

Vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri də zəncirvari qəzalarda avtomobillərə dəyən ziyanın kim tərəfindən ödənilməsidir. Sığorta şirkətindən bildirdilər ki, ziyanın ödənilməsi bu zaman hadisədən asılı olaraq dəyişir: "Zəncirvari qəzalar hər biri öz xüsusiyyətləri ilə fərqlənir. Bir dəqiqədən sonra hadisə olursa, o artıq tamamilə ayrı hadisə kimi qeydə alınır".

Sığorta şirkətindən onu da bildirdilər ki, icbari məsuliyyət sığortasına görə 5 min manat ödənilir. Zərər 5 min manatdan çoxdura zərərçəkənlər arasında bu məbləğ bölünür.

515
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0