Sovet qoşunları alman ordusuna qarşı növbəti hücum zamanı.1944-cü il

27 milyon insanın qətlinə fərman verildiyi gün

88
(Yenilənib 10:35 22.06.2016)
Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verib

BAKI, 22 iyun — Sputnik. Bu gün Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümü tamam olur. 1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya Müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. 

İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorus və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.

Fəzail Əhmədov
© Sputnik / Ayaz Yashilyarpaq

Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti — 1941-ci ilin yazı!".

Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya Müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.

Sovet adamları son dərəcə çətin və məsul vəzifəni — faşizm blokuna daxil olan ölkələrin hücumunun qarşısını almaq və onu darmadağın etmək vəzifəsini yerinə yetirməli idilər. Həmçinin Avropa ölkələrinə faşizm əsarətindən xilas olmaqda, habelə dünya sivilizasiyasını faşizm təhlükəsindən qurtarmaqda yardım etməli idilər.

Qeyd edək ki, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusilə Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcək. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib.

Faşizm üzərində qələbə xalqın qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olub. Həlak olan azərbaycanlıların sayı 300 mindən çoxdur ki, bu da müharibədə böyük mənfəət əldə edən ABŞ kimi ölkənin itkisindən artıqdır.

88
Teqlər:
Hitler, "Barbarossa", Sovet İttifaqı, Böyük Vətən Müharibəsi, müharibə, SSRİ, faşist Almaniyası, Azərbaycan
Əlaqədar
Qaçqınların sayı İkinci Dünya müharibəsi səviyyəsinə çatıb
Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu
Qarabağ müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər
Stratfor: Dünyada 3 müharibə gözlənilir
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi

Müdafiə Nazirliyindən məhkumluğu olan hərbi vəzifəlilərə - Siz gəlməyin

2
(Yenilənib 12:57 16.01.2021)
Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə müqavilə bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar yanvarın 18-dən fevralın 9-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

"Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər "Ehtiyat zabit hazırlığı kursu"na müvafiq ixtisaslar üzrə qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə müqavilə bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);

- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.

Məhkumluğu olan hərbi vəzifəlilərin "Ehtiyat zabit hazırlığı kursu"na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi)

Telefon: (012) 538-85-62

Müraciət etmə vaxtı: 2021-ci il yanvarın 18-dən fevralın 9-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

2
Teqlər:
müraciət, ehtiyat, kurs, zabit, Azərbaycan Müdafiə Nazirliyi
Tibb işçisi, arxiv şəkli

TƏBİB-dən sevindirici açıqlama

3
(Yenilənib 12:46 16.01.2021)
Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, yeni göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib, ancaq vaksinasiya şərtdir

 

BAKI, 16 yanvar — Sputnik. Hazırda yeni yoluxanlarla sağalanların arasınsa 3-4 dəfə fərq var. Bu isə çarpayı fondunda, həmçinin reanimasiyada yerlərin boşalmasına gətirib çıxarıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bridinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva qeyd edib ki, 14 dekabr 2020-ci ildə yoluxma əmsalı 31 faiz idisə, indi yoluxma əmsalı 5 faizə enib: "Bu isə sərtləşdiriımiş karantin rejiminin, həmçinin vətəndaşlarımızın məsuliyyətindən irəli gəlir".

Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, bu göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib: "Amma daha sonra yoluxma sayının artımı istisna edilmir. Bu səbəbdən də vaksinasiya mütləqdir".

3
Teqlər:
vaksinasiya, açıqlama, faiz, yoluxma, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər