Пачки азербайджанских манатов

Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun təsdiq edildi

16
(Yenilənib 18:43 10.06.2016)
Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiq edilib.

BAKI, 10 iyun — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiq edilib.

16

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14