Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

"Azərbaycan islamofobiyaya qarşı çox ciddi mübarizə aparır"

15
İlham Əliyev: "Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq və nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır"

BAKI, 8 iyun — Sputnik. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu iyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır: "Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə, ən yüksək səviyyələrdə bu məsələlərlə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik".

Azərbaycan Prezidenti əlavə edib ki, islamofobiya həm müsəlman ölkələri, xalqları üçün, həm də bu çirkin meyara rəvac verənlər üçün təhlükədir: "Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq və nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır".

15
Teqlər:
Azərbaycan Prezidenti, Ramazan ayı, İlham Əliyev, islam, din, islamofobiya, Azərbaycan
Əlaqədar
İslam aləminə böyük müjdə!
Avropa İslamın qarşısındadır, yoxsa yanında?
Bu ölkədə İslam alimi edam edildi
Avropa "islam inqilabı"na doğru
Bu gün Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı vacibdir
Demokratiya atributlarına sadiqlik, yoxsa siyasi İslama doğru?