Mərkəzi Seçki Komissiyası

Naxçıvan Ali Məclisində deputat dəyişikliyi olacaq

20
Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib.

BAKI, 7 iyun — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib. 

Qeyd edək ki, 1 noyabr 2016-cı ildə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən İlhamə Mustafayeva Naxçıvan Ali Məclisinə deputat seçilmişdi. 

20