İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Azərbaycan Prezidenti Almaniyada mühüm görüşlər keçirir

17
(Yenilənib 11:16 07.06.2016)
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger, "Airbus Group" şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni və Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayerlə görüşüb

BAKI, 7 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb. Sputnik xəbər verir ki, görüşdə Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib.

Berlin şəhərinin Tegel hava limanında Prezident İlham əliyevin şərəfinə düzülmüş fəxri qarovul dəstəsi
© Foto: Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi

Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulanıb. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib. Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti iyunun 6-da Berlində "Airbus Group" şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb. Görüşdə Azərbaycan ilə "Airbus Group" şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirilib. Müxtəlif sahələrdə, xüsusilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Airbus Group" arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısının həmçinin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb. İlham Əliyev danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.

17
Teqlər:
Münhen Təhlükəsizlik Konfransı, Berlin, Azərbaycan Prezidenti, İlham Əliyev, görüş
Əlaqədar
Ərdoğan: Almaniya rəhbərləri hansı üzlə bizim qarşımıza çıxacaqlar?
Diaspora Komitəsi: Almaniya parlamentinin qərarı qərəzlidir
Baş nazirdən Almaniyaya sərt etiraz
Angela Merkel İlham Əliyevlə görüşmək qərarına gəlib