İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində iştirak edib

İlham Əliyev: "Serj Sarkisyan Ginnesin "Rekordlar" kitabına düşməlidir"

252
(Yenilənib 12:58 03.06.2016)
Azərbaycan prezidenti Ermənistan rəhbərliyinin dörd yalanını ifşa etdi: "Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram"

BAKI, 3 iyun — Sputnik. "Mən Serj Sarkisyan qədər bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. O, mütləq Ginnesin "Rekordlar" kitabına düşməlidir".

Sputnik-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışındakı çıxışı zamanı deyib. Qarabağ cəbhəsində aprelin əvvəllərində baş verən hərbi kampaniya barədə fikirlərini bölüşən dövlət başçısı deyib: "Çox məhdud sayda erməni diasporu ilə sıx biznes əlaqəsində olan bəzi satılmış jurnalistlər var. Biz onların adlarını yaxşı bilirik və bu auditoriyada onların adlarını çəkmək yerinə düşməz. Onlar çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və aprelin əvvəlində baş verən döyüşləri ermənilərin qələbəsi kimi qələmə versinlər. Lakin bu, alınmadı. Çünki bizim də öz sözümüzü demək imkanlarımız var. Hamı nə baş verdiyini, aprel döyüşlərinin nəticəsinin nədən ibarət olduğunu bilir".

Dünya Azərbaycanlılarının IV Qurultayı
© Official website of President of Azerbaijan Republic

İlham Əliyev Ermənistan rəhbərliyinin dünya ictimaiyyətini aldatmağa çalışdığını deyib: "Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada dünyanı aldatmağa çalışır. İlk növbədə öz xalqını, daha sonra dünya ictimaiyyətini aldadır. İndi gülünc vəziyyətə düşüblər. Deyirdilər ki, guya onlar heç bir torpaq itirməyiblər. Gah da deyirdilər ki, onlar yeni Azərbaycan torpaqlarını zəbt ediblər. Yaxud da qələbə qazandıqlarını deyirdilər. Yəni, onlar tamamilə özlərini itiriblər".

"Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə dedi ki, Azərbaycan apreldə bu əməlləri edib, "Dağlıq Qarabağ ordusu" vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb", — Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev aprel döyüşlərini ermənilərin başladığını təkrar edərək deyib ki, Ermənistan tərəfi sülh istəmir: "Onlara məsələnin sülh yolu ilə həllinə dair təzyiqlərin artdığını görəndə və bəyan edəndə ki, status-kvo dəyişdirilsin, onlar işğal etdikləri torpaqdan çıxsınlar, nəticədə ermənilər yenə də təxribatlara əl atırlar. Aprel döyüşləri zamanı onlar bizim mövqelərimizə hücumlar ediblər. Təkcə təmas xəttində deyil, başqa istiqamətdə də kəndləri atəşə tutublar".

"2014-cü ildə də təxribata əl ataraq bizim mövqelərimizə hərbi helikopterlə hücum etmişdilər. Hətta bu bəhanədən istifadə edərək danışıqları bir il də dondurdular. Aprel döyüşləri də onların növbəti təxribatı idi. Azərbaycan ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu. İkinci yalan isə odur ki, Dağlıq Qarabağ ordusu guya vəziyyəti nəzarət altında saxlayır. Birincisi, bu, necə nəzarətdir ki, özləri etiraf edirlər ki, 800 hektar torpağı onlar itiriblər. Qeyd edim ki, bu kampaniyada Azərbaycan ordusunun azad etdiyi torpağın ölçüsü 800 deyil, 2000 hektardan çoxdur", — deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlət başçısı qeyd edib ki, inzibati ərazisi Fizuli, Cəbrayıl rayonlarına aid olan 2000 ha-dan çox torpaq işğalçılardan azad edilib: "Ondan bir neçə dəfə çox əraziyə hazırda Azərbaycan ordusu nəzarət edir. Həmin ərazidə erməni ordusu tərpənə belə bilməz. Üçüncü yalan Dağlıq Qarabağ ordusunun olmamasıdır. Bu, sadəcə onların mifologiyasıdır. Dağlıq Qarabağda erməni silahlı birləşmələri çərçivəsində xidmət edən hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır".

Azərbaycan Prezidenti aprel kampaniyasının, guya Azərbaycanın xahişi ilə dayandırıldığı barədə erməni tərəfinin yalanını da ifşa edib: "Dördüncü yalan isə ondan ibarətdir ki, Azərbaycan Rusiyadan guya xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu da tamamilə yalandır, Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Bu toqquşma baş verəndən sonra Azərbaycan əks hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Bundan sonra Ermənistan ordusu 2-3 gün çalışırdı ki, həmin mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, böyük itkilər verir, dayanmasa da, daha çox torpaqlar itirəcək və Rusiyaya müraciət etdilər".

İlham Əliyevin sözlərinə görə, Rusiyanın baş qərargah rəisi bizim baş qərargah rəisinə zəng edərək, Ermənistanın atəşkəsin bərpasını xahiş etdiyini deyib: "Bununla əlaqədar bizim baş qərargah rəisi Moskvaya dəvət edildi. Ardınca Rusiya prezidenti mənə zəng etdi, eyni təkliflə çıxış etdi ki, atəş dayandırılsın. Qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın",

"Yəni, məsələ yalnız budur. Odur ki, bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. O, mütləq Ginnesin "Rekordlar" kitabına düşməlidir. Təbii ki, anti-rekord kimi. Ermənistan heç olmasa, hansısa sahədə dünyada birinciliyi əldə edə bilsin. Biz hər zaman olduğu kimi bu dəfə öz qüdrətimizi göstərdik", — dövlət başçısı vurğulayıb.

252
Teqlər:
dünya ictimaiyyəti, Ginnesin "Rekordlar" kitabı, Dünya Azərbaycanlılarının IV Qurultayı, qurultay, Serj Sarkisyan, Ermənistan, İlham Əliyev, Azərbaycan
Əlaqədar
İlham Əliyev: əsassız qətnamələrin qəbulu Avroparlamentlə əlaqənin kəsilməsinə gətirib
Moskva İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü barədə açıqlama verdi
İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin olunub
Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanladı
İlham Əliyev Binəli Yıldırımı təbrik etdi
İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb

Gəncədə sərnişinlərin olduğu mikroavtobus qəzaya uğrayıb, yaralılar var

23
(Yenilənib 23:22 05.03.2021)
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

23
Tokyo, arxiv şəkli

"Ağıllı səsli" şəhər - Bakı zaman buna hazır olacaq

223
(Yenilənib 22:10 05.03.2021)
Pandemiya ilə əlaqədar olaraq metronun fəaliyyətinin dayandırılması və bunun nəticəsində bütün yükün "BakuBus"lara düşməsi sıxlığa səbəb olur. Bu sıxlıq zamanı da ən çox əziyyət çəkənlər fiziki məhdudiyyəti olan şəxslər olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Fiziki məhdudiyyəti olan şəxslərin hər gün ictimai həyatda hüquqları pozulur. Onlar kiminsə yardımı olmadan sərbəst hərəkət edə bilmirlər. Bir sıra ölkələrdə bu kimi şəxslərin məhdudiyyətləri nəzərə alınaraq "Hərəkət edən", "Danışan şəhər" kimi layihələr icra olunur. Yəni, görmə məhdudiyyəti şəxs üçün dayanacaqdan tutmuş ictimai iaşə obyektinədək bütün xidmətlər səsli olaraq həyata keçirilir.

Azərbaycanda isə bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Bu barədə görmə məhdudiyyətli Nazlı Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında deyir. Nazlı xanım görmə məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün bir sıra təkliflər irəli sürür: "Görmə məhdudiyyətli şəxslər avtobusların nömrələrini görmürlər. Onlar hər dəfə gözlədikləri marşrut xətti üzrə hərəkət edən avtobusun gəlib-gəlmədiyini kimdənsə soruşmaq məcburiyyətində qalırlar. Belə olan halda da bəzən kobud cavab da alırıq. İllər öncə bununla bağlı BNA-ya müraciət etdim, bildirdim ki, külli miqdarda vəsait ayrılsa da, dayanacaqlara quraşdırılan monitorlar işləmir. Təklif edirəm ki, monitorların proqram təminatı daha da yüksəlsin və avtobus dayanacağa yaxınlaşan zaman səsli monitor məlumat versin, məsələn, 5 saylı marşrut xətti üzrə hərəkət edən avtobus dayanacağa yaxınlaşır. Bundan başqa, karta balans yüklədiyimiz, eyni zamanda avtobusda kartı yaxınlaşdırdığımız aparatda səsli proqram təminatının olması gözəl olardı. Belə olanda biz rahatlıqla balansımızdakı vəsaitin nə qədər olduğunu öyrənə bilərik. Avtobusların salonlarında eşitmə məhdudiyyəti olan şəxslər üçün monitorlar, görmə məhdudiyyəti olanlar üçün dayanacaqların adının səsləndirilməsi imkanları var. Lakin biz bunu "BakuBus" avtobusları təzə istismara veriləndə görə bildik. Hazırda nə monitorlar, nə də səsli sistemlər çalışır. Bizim BNA-ya çoxsaylı müraciət etməyimizə baxmayaraq heç bir iş görülməyib. Biz gözdən əlilik, ancaq dayanacağın adı ilə mənzil başına çatdığımızı bilirik, axı bunlar nəzərə alınmalıdır". 

"Çoxsaylı müraciətlərimizlə bəzi küçələrdə səsli işıqforların qoyulmasına nail olduq. Bu işıqforların quraşdırılmasından qısa müddət keçməsinə baxmayaraq onların da əksəriyyəti işləmir, yaxud da düz işləmir. Yolu keçmək lazım olanda işıqfor "dayan", dayanmaq lazım olanda isə, "keç" deyə əmr verir. Bu da təbii ki, görmə məhdudiyyətli şəxslər üçün həyati təhlükə yaradır. Fiziki məhdudiyyətli şəxslərin başqalarından asılı olmayaraq sərbəst hərəkəti üçün yollarda heç bir şərait yaradılmayıb", - deyə o əlavə edir.

2008-ci ildən dövlət tərəfindən tikilərək onlara təhvil verilən gözdən əlillər üçün binada yaşayan həmsöhbətimiz hətta burada da onlar üçün heç bir şəraitin qurulmadığını vurğulayır: "Burada bizim üçün heç bir imkan, şərait yaradılmayıb. Nə pandus var, nə liftlərdə Brayl əlifbası ilə rəqəmlər qeyd olunub. Liftlər o qədər balacadır ki, ora heç əlil arabası da girmir". N.Əliyeva ümumiyyətlə, digər binaların giriş-çıxışlarının da fiziki məhdudiyyətli şəxslər, eyni zamanda görmə məhdudiyyəti olanlar üçün əlverişsiz olduğunu vurğulayır: "Yenidənqurma zamanı isə çox nadir hallarda bu qrup şəxslər nəzərə alınırlar. Sanki bu ölkədə fiziki məhdudiyyətli şəxslər yaşamır".

Pandemiya ilə əlaqədar olaraq metronun fəaliyyətinin dayandırılması və bunun nəticəsində bütün yükün "BakuBus"lara düşməsi sıxlığa səbəb olur. Bu sıxlıq zamanı da ən çox əziyyət çəkənlər fiziki məhdudiyyəti olan şəxslər olur. Onlar xüsusən də günün pik vaxtlarında avtobusa minə bilmirlər.

II Qarabağ müharibəsi nəticəsində qazi olanlarımız da ictimai nəqliyyatda, küçələrdə, binaların giriş və çıxışlarında bu cür problemlərlə qarşılaşırlar.

Müyəssərlik üzrə beynəlxalq ekspert, Protez-Ortopedik Bərpa Mərkəzinin İstehsalatın Keyfiyyətinə Nəzarət və İdarəolunması üzrə mütəxəssisi və II Qarabağ müharibəsi qazilərinin ayağa qalxmasında yaxından töhfəsini verən Kənan Pirizadə də deyir ki, bu şəxslərin hərəkətliliyini təmin etmək üçün ictimai nəqliyyatda müyəssərlik nəzərə alınmalıdır: "Pandus üzərində rahat hərəkət etmək üçün onun dərəcəsi, uzunluğu standartlara uyğun olmalıdır. Pandusların qoyulması bir tərəfdən yaxşı olsa da, digər tərəfdən problem yaradır. Pandusun təşkili görmə məhdudiyyətli şəxslər və əlil arabasında olanlar üçün rahatdır. Lakin digər fiziki məhdudiyyətli şəxslər - protezlə gəzənlərə, serebral əlilliyi olanlara panduslardan istifadə çətinlik yaradır. Nəqliyyata gəldikdə isə traplarla bağlı müəyyən qaydalar olmalıdır ki, nəqliyyat vasitələri onlara maksimum dərəcədə yaxınlaşsınlar ki, əlilliyi olanlar səkidən birbaşa avtobus salonuna daxil ola bilsin. Avtobus sürücülərinə bu və bu kimi nüanslarla bağlı təlimlərin keçirilməsi çox vacibdir".

"Berlində hər bir stansiyaya yerdən birbaşa lift qalxır. Əlilliyi olan və yaxud da yaşlı olan şəxs liftdən birbaşa stansiyaya düşə bilir. Berlin köhnə şəhərlərdən biri olsa da, gerçəkləşdirdikləri bu layihə həqiqətən də möhtəşəmdir. Ümumiyyətlə, şəhərsalma ilə bağlı qaydalara görə binalardan ictimai obyektlərədək hər yerdə müyəssərliyə əməl olunmalıdır. Xüsusən də köhnə binalarda bu tələblər gözlənilmir", - deyə o əlavə edir.

K.Pirizadə deyir ki, parklarda pilləkənin çox olmaması önəmlidir, görmə məhdudiyyətli şəxslər üçün asfalt üzərində olan plitələr avtobus dayanacaqlarından tutmuş bütün ictimai yerlərədək uzanmalıdır. Şəhər bu şəxslər üçün "səsli şəhər" olmalıdır. 

 Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi, eyni zamanda da müyəssərlik üzrə beynəlxalaq ekspert olan Azər Məmmədli uşaq ikən peyvənddən sonra polimelit xəstəliyi keçirdiyi üçün bir ayağında axsama var. O bu səbəbdən hətta ali təhsilini də əyani ala bilməyib. Səbəb isə təhsil aldığı Bakı Dövlət Universitetinin bu tələblərə cavab verməməsi olub.  

A.Məmmədli deyir ki, bəzi yeni tikilən obyektlərin sahibləri bu kimi amilləri nəzərə almağa çalışsalar da, standartlara düzgün əməl edilmir: "İstər panduslar, istər sürahilər olsun, bütün bunların dünyada qəbul olunmuş bir standartı var. Pandusların müəyyən bir meyillilik bucağı var. Bu standart gözlənilmədikdə əlil arabasını çıxartmaq mümkünsüz olur. Tutacaqların da müəyyən standartları olur. Təəssüflər olsun ki, bir çox yeni tikililərdə bu qaydalara əməl edilmir. Bu işlə məşğul olan şəxslərin çox az olması, bilənlərin də işə cəlb olunmması belə problemlərə yol açır. Əsas problem isə nəqliyyatla bağlıdır. Çünki bilirsiniz ki, avotbusların hamısı müasir tələblərə cavab vermir. Bəzi binalarda bir pandus quraşdırmaqla düşünülür ki, problem həll olundu. Əlində isə belə deyil, bu işin çox xırdalıqları var".

Əlilliyin müxtəlif növləri var, yollar, küçələr yalnız əlil arabası üçün deyil, eyni zamanda da digər əlillik növlərinə görə də uyğun olmalıdır: "Səkilərin də müəyyən parametrləri olmalıdır. Zebraya düşən yerdə pillə olmamalıdır. Görmə məhdudiyyəti olanlar üçün sarı rəngdə olan taktil döşəmələrin naxışları bəzək üçün olmadığından necə gəldi quraşdırılmamalıdır. Bu naxışların hər birinin öz mənası var. Düz xətt üzrə olan xətlər "qabağa getmək olar" əmrini bildirir. Horizontal xətt isə "orada hərəkət etmək olmaz" mənasını bildirir. Dairəvi xətlər isə istiqamətin sol-sağa dəyişdiyini bildirir. Taktil naxışların hündürlüyünün də əhəmiyyəti var, hündürlüyün bir qədər yüksək olması hərəkətdə maneə yarada bilər. Belə xırda detallar səkilərdə də nəzərə alınmalıdır. Qapının eni 90 santimetrdən aşağı olmamalıdır ki, əlil arabası ilə rahat hərəkət təmin edilsin. Qapının aşağı hissəsində olan çıxıntıların da standartları olmalıdır. Giriş-çıxış qapısı ilə divar rəngləri fərqli olmalıdır ki, müəyyən görmə məhdudiyyəti olan şəxslər rahatlıqla hərəkət edə bilsinlər. Eyni zamanda, qapının yan hissələrində də müəyyən məlumatverici lövhələr olmalıdr. Görmə məhdudiyyətli şəxslər üçün Brayl əlifbasında məlumatlandırıcı lövhə olmalıdır. Adətən iki paralel sürahi quraşdırılır, paralel olan sürahilərdən biri 90 santimetr, digəri isə 70 santimetr hündürlüyündə olmalıdır. Metroların giriş və çıxışında tutan yerlər pilləkən qurtarmamış bitir. Əslində isə əksinə olmalıdır, pilləkəndən sonra da bir qədər sürahi davam etməlidir ki, şəxs rahat hərəkət edə bilsin".

"Yeni tikililərdə panduslar qurulub, lakin ondan istifadə etmək mümkün olmur. Bu da standartlara düzgün əməl edilməməsi ilə bağlıdır", - deyə o əlavə edib.

O, avtobuslarla bağlı problemə də toxunub: "BakuBus" istisna olmaqla digər avtobuslardan istifadə etmək mümkünsüzdür. Düşünürəm ki, bütün avtobuslar müasir olanlarla əvəz olunsa, daha yaxşı olardı. Bir məqama da diqqət çəkim, bəzi hallarda sürücülər fiziki məhdudiyyətli şəxslər üçün şərait yaratsalar da, bəzi hallarda da bu şəraiti yaratmırlar. Bəzən sürücülər şəxsi əlil arabasında görüb saxlamadan gedirlər".

A.Məmmədli deyir ki, taktil döşəmələr bərk dəmir materialdan olmamalıdır: "Amma təəssüflər olsun ki, əksər hallarda biz bu döşəmələrin bərk dəmir materialdan olduğunu görürük. Sanki ora bəzək xatirinə döşənib. Döşəmələrdəki çıxıntılar arası məsafə də düzgün olmalı, standartlara cavab verməlidir. Mütəxəssislər bu işə cəlb olunsalar, onun hər bir detallarına, standartlarına xırdallığına qədər əməl edərdilər".

O, qısaca da olsa təhsil müəssisələrindəki problemlərə də toxunub: "Bakı Dövlət Universitetində təhsil aldığım vaxtda universitetin yeni korpusu isifadəyə verilsə də, orda da bu standart və tələblər gözlənilməmişdi. Orada məhəccər yox idi, bu səbəbdən əksər hallarda qrup yoldaşlarım mənə kömək edirdi. Sonradan məhəccərlər quraşdırıldı. Amma bildiyim qədərilə orada hələ də panduslar yoxdur. Digər universitetlərdə də eyni vəziyyət yaşanır. Düşünürəm ki, standartlara əməl edilməsi məcburi olsa, bunlara riayət edərlər".

Qeyd edək ki, eşitmə məhdudiyyəti ilə əlaqədar 2017-2021-ci illərdə 18 yaşdan yuxarı olan 1324 nəfərə əlillik, 2261 nəfər uşağa isə sağlamlıq imkanları məhdudluq təyin olunub. O cümlədən, 2020-ci il üzrə bu səbəbdən 18 yaşdan yuxarı 223 şəxsə əlillik, 318 uşağa sağlamlıq imkanları məhdudluq təyinatı aparılıb. Ümumilikdə isə ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi say 600 mindən çoxdur.

Mövzu ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyinə də bu istiqamətdə görülən işlər və digər suallarla bağlı sorğu ünvanlasaq da, hələlik ki, suallarımız cavablandırılmayıb.

223
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO