QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənilər növbəti dəfə özlərini ifşa etdilər"

© Sputnik / Murad Orujov"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə jurnalistlər
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə jurnalistlər - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Moskva-Yerevan videokörpüsü: Azərbaycanın mövqeyinin çatdırılması üçün platforma

BAKI, 2 iyun — Sputnik. "Mənim bu telekörpüdə ən çox bəyəndiyimi Sputnik-də çalışan azərbaycanlı jurnalistlərin, həmkarlarımızın Azərbaycanın mövqeyinin çatdırılması üçün çox yaxşı platforma seçmələridir".

Bu fikri Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsü ilə bağlı fikrini Sputnik-lə bölüşən, Region Tv-nin əməkdaşı Balabəy Süleymanlı deyib.

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
QARABAĞ
"Biz erməniləri təbrik edəcəyik, amma..."

"Onsuz da Rusiyada da, başqa ölkələrdə də siyasilər vəziyyətin həqiqətdə necə olduğunu yaxşı bilirlər. Amma bizim deputatların, politoloqların birbaşa, canlı surətdə Azərbaycanın mövqeyini ifadə etməsi, həqiqətləri çatdırması çox yaxşı haldır", — deyə jurnalist bildirib.

O, ümid edir ki, hər kəs ümumilikdə vəziyyətin nə yerdə olduğunu anlayıb: "Bu baxımdan Sputnik-in yaratdığı videokörpü çox vacibdir. Biz onların dediklərini eşitdik, hamı da erməni deputatların hansı səviyyədə olduğunu gördü. Adətən bilirdik, onlar necə danışırlar. Amma növbəti dəfə özlərini ifşa etdilər. Yaxşı oldu ki, bizim mövqeyimizi də hərtərəfli ifadə etmək imkanı yarandı".

CBC telekanalının əməkdaşı Elmar Məlikov isə deyib ki, belə videokörpülər davamlı olmalıdır ki, münaqişənin həllində hansısa nəticə əldə etmək mümkün olsun: "Biz bu gün gördük ki, erməni tərəfi yenə də öz deputatları ilə birlikdə təxribatlara əl atır. Öz təxribatçı fikirlərini söyləyirlər ki, Azərbaycanı qıcıqlandırsınlar. Bütün bunların qarşısını almaq, münaqişənin həllində irəliləyişlərə nail olmaq üçün belə telekörpülər davamlı olmalıdır".

ANS telekanalının xəbərlər departamentinin əməkdaşı Aytən Abdulova da, münaqişə ilə bağlı hazırkı status-kvonun dəyişməsi, problemin Azərbaycanın xeyrinə həll olunması üçün bu cür təmasları, videokörpüləri vacib sayır: "Bunlar münaqişənin həllinə hansısa formada kömək edə bilər. Ona görə də, düşünürəm ki, belə telekörpülər davamlı olsa, daha yaxşı olar. Sputnik bu təşəbbüsü davam etdirməlidir. Biz bununla qarşı tərəfin mövqeyini birbaşa eşitmək, bizi düşündürən suallara cavab tapmaq imkanı əldə edirik".

Politoloq Rasim Musabəyov - Sputnik Azərbaycan
QARABAĞ
"Azərbaycanın pulla aldığı silahı Ermənistan pulsuz əldə edir"

1news-un əməkdaşı Mətanət Nəsibova da bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu bildirib: "Təəssüf ki, belə tədbirlərin yekunları və nəticələri bütün danışıqların nəticəsiz olduğunu və deklarativ xarakter daşıdığını göstərir. Buna baxmayaraq, beynəlxalq ekspertlər belə, meydanlarda çıxış etməli, konstruktiv təkliflər verməli, "xalq diplomatiyası"nı gücləndirməlidir".

Qeyd edək ki, dünən Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü olub. Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edib.

Xəbər lenti
0