Kitab oxuyan uşaq. Arxiv şəkli

Azərbaycanın gələcəyi kimlərin əlindədir?

56
Millət vəkili: "Bəzi ölkələrdə heç uşaq haqqında düşünmürlər. İt-pişik götürüb saxlayırlar. Avropada isə ailə qururlar, amma uşaq onları maraqlandırmır"

BAKI, 1 iyun — Sputnik. "Azərbaycan çox az sayda ölkələrdən biridir ki, burada uşaqların hüquqları yüksək səviyyədə qorunur. Azərbaycan vətəndaşları övlada, uşağa böyük dəyər verirlər".

Məlahət İbrahimqızı, millət vəkili
Məlahət İbrahimqızı, millət vəkili

Bunu Sputnik-ə açıqlamasında, millət vəkili Məlahət İbrahimqızı deyib. "Bəzi ölkələrdə heç uşaq haqqında düşünmürlər. İt-pişik götürüb saxlayırlar. Avropada isə ailə qururlar, uşaq haqqında düşünmürlər", — deyə deputat bildirib.

M. İbrahimqızı Milli Məclisdə uşaq hüquqları ilə bağlı çoxlu sayda qanunların qəbul olunduğunu qeyd edib: "Azərbaycan uşaq hüquqları haqqında konvensiyaya qoşulan ilk ölkələrdəndir. Konvensiya əsasında uşaq hüquqlarına uyğun onlarla qərarlar qəbul edilib. Xəstə uşaqlar, fiziki məhdudiyyəti olan uşaqlar, münaqişə şəraitində yaşayan uşaqlar, qaçqın uşaqlar, yaradıcı uşaqlar, istedadlı uşaqlar, bir sözlə bütün uşaqlara görə Milli Məclisin qanunvericiliyində xüsusi qanunlar qəbul edilib".

Deputat bu məsələyə ölkəmizdə çox həssaslıqla yanaşıldığını dilə gətirib. O, uşaq hüquqları ilə bağlı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər adiyyatı orqanların ciddi işlər gördüyünü qeyd edib.

"Azərbaycanda onlarla uşaq təşkilatı fəaliyyət göstərir. Mətbuatda da uşaq hüquqlarına geniş yer ayırmalıdır. Bu zaman daha böyük uğurlar əldə edə bilərik".

Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri
© Foto : APA
Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri

Bunu isə, Sputnik-ə açıqlamasında Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin (TDQYİB) sədri Mehriban Zeynalova deyib. O bildirib ki, bu gün uşaqlar haqqında qanunvericilikdə çox sayda müddəalar olsa da, uşaqların öz hüquqlarını bilməməsi problem yaradır.

"Uşaqların həyatının maraqlı keçməsi, onların harmonal inkişafı, heç bir zorakılığa məruz qalmaması, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası və s. ölkə qanunvericiliyində əksini tapıb. Lakin, uşaqların öz hüqularını bilməsi və realizə etməsi kimi vərdişlərimiz, yenə stereotiplərlə bağlı olaraq inkişafı ləngidir", — M. Zeynalova vurğulayıb.

O, bu problemin daha çox valideynlərlər bağlı olduğunu deyib: "Biz özümüz öz hüquqlarımıza kifayət qədər maraq göstərmədiyimiz kimi, uşaqlarımızı da belə böyütməyə çalışırıq. Uşaqların öz maraqlarını təmin etməsi və eləcə də bu maraqların məsuliyyət və öhdəliklə müşahidə edilməsi davranışı uşaqlara böyüklər tərəfindən aşılanmalıdır".

Qeyd edək ki, bu gün Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. Bu gün bütün dünyada bayram kimi qeyd edilir.

56
Teqlər:
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi, Məlahət İbrahimqızı, Mehriban Zeynalova, Azərbaycan, uşaq
Əlaqədar
Ölkədə sosial müavinət və yardımla təmin olunanların 46%-i uşaqlardır
"Uşaq baxçaları icra hakimiyyətlərinin "yem yeri" olmaqdan qurtulmalıdır"
İki uşaq atası masaj salonları ilə bağlı prezidentə müraciət etdi
Uşaq bağçalarımız müasir standartlara niyə uyğunlaşmır?
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
Küçə uşaqlarının həyatındakı dəhşətli reallıqlar
BMT: ​Bu il Əfqanıstanda 160-dan çox uşaq öldürülüb