İlham Əliyev

"Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb"

11
(Yenilənib 11:11 01.06.2016)
İlham Əliyev: "Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdırmalar, ziddiyyətlər, toqquşmalar əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun"

BAKI, 1 iyun — Sputnik. "Enerji siyasəti və bu sahədə əməkdaşlıq, uzun müddətli əməkdaşlıq ancaq sağlam zəmində qurulmalıdır. Heç vaxt enerji faktoru başqa məqsədlər üçün istifadə olunmamalıdır. Hansısa başqa sahələrdə imtiyazlara nail olmaq üçün istifadə edilməməlidir".

Trend-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz — Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji — Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

"Hesab edirəm ki, Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir. Və bu göstərir ki, ancaq bu yanaşma uğur gətirə bilər", — deyə Prezident bildirib.

İlham Əliyev qeyd edib ki, məqsəd Azərbaycanda inkişafın daha da sürətlə getməsi, bölgədə sabitliyin möhkəmlənməsidir: "Bu gün dünyada baş verən hadisələr təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdırmalar, ziddiyyətlər, toqquşmalar əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun. Ancaq sabitlik şəraitində ölkədə inkişaf gedə bilər. Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər".

11
Teqlər:
Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016, Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016, inkişaf, Azərbaycan Prezidenti, İlham Əliyev
Əlaqədar
İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin olunub
Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanladı
İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
İlham Əliyevdən konkret bəyanat: Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq
İlham Əliyev: Terrordan ən çox əziyyət çəkən elə müsəlmanlardır