Əli Həsənov

"Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılacaq"

57
Əli Həsənov: "Həmsədr ölkələr artıq bu status-kvonun uzun müddət qorunub saxlanılmayacağı fikrində qətidirlər və bundan sonra münaqişə daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq"

BAKI, 30 may — Sputnik. "Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik, dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin müəyyən tələbləri var ki, onlara əməl etməliyik. Beynəlxalq hüququn normaları var ki, bu tipli münaqişələr dinc yolla həll olunmalıdır. Amma eyni zamanda BMT-nin 4 qətnaməsi var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Nə o yerinə yetirilir, nə bu yerinə yetirilir".

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan sonra Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq: "Beynəlxalq münasibətlərin ikili standartları orada özünü nümayiş etdirir ki, məsələn, Küveytin işğalından sonra beynəlxalq hüquq normaları və beynəlxalq aləmin iradəsi qısa müddətə reallaşdırıldı, qısa müddətdə — bir həftə ərzində Küveyt işğaldan azad olundu. Və yaxud başqa ərazilərdə də belə hallar baş verib".

"Amma 20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi həyata keçirilmir. Bu, beynəlxalq münasibətlərin indiki eybəcər, fərqli-fərqli standartlara malik olmasının nümunəsidir", — Prezidentin köməkçisi bildirib.

Cəbhədə aprel hadisələrinə toxunan Ə.Həsənovun sözlərinə görə, aprelin 4-ü olan kimi dərhal bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər ki, atəşi dayandırın: "BMT TŞ-nin üzv dövlətlərindən müraciət daxil oldu. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər üçü israrla atəşin dayandırılmasını tələb etdilər. Və əlbəttə, buna haqları da var, beynəlxalq hüquq normaları onu tələb edir ki, münaqişə dinc yolla həll olunsun. Ona görə də Azərbaycan məcburiyyət qarşısında qalaraq müharibəni dayandırdı və bu işdə əsas rol Rusiya Prezidenti Vladimir Putinin rolu idi".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn hissəsi kimi, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmin tələblərinə də əməl etmək məcburiyyəti qarşısında qalır: "Artıq Vyanada da proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə olaraq başqalarının iradəsini araşdırmaqla məşğul idi. Sadəcə ayrı-ayrı yollar, ayrı-ayrı kombinasiyalarla bu danışıqları uzadaraq, mövcud status-kvonu qorumaq mövqeyi burada da nümayiş olundu".

Ə.Həsənov hesab edir ki, həmsədr ölkələr artıq bu status-kvonun uzun müddət qorunub saxlanılmayacağı fikrində qətidirlər və bundan sonra münaqişə daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq: "Əsas odur ki, burada görüşlərin daha tez-tez, daha çoxsaylı olması məsələni həll etmir, görüşləri təşkil edən həmsədr ölkələrin iradəsi ortaya qoyulmalıdır. Burada iradə deyiləndə, biz nə gözləyirik? Ermənistana təzyiq göstərməlidirlər, onu məcbur etməlidirlər ki, sülh danışıqları prosesinə ciddi yanaşsın".

57
Teqlər:
dünya siyasəti, beynəlxalq münasibətlər, müharibə, Minsk Qrupu, BMT Təhlükəsizlik Şurası, Əli Həsənov, həmsədrlər
Əlaqədar
“Minsk Qrupunun Qarabağ problemini 25 il ərzində nizamlaya bilməməsini anlamıram”
Xameneyinin nümayəndəsi: "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır"
Kremldən mühüm Qarabağ açıqlaması
Con Kerri Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək
Ermənistan hökuməti Qarabağın müstəqilliyini tanımayıb
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

8
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

8
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

18
(Yenilənib 08:10 26.11.2020)
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

18
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, partlamamış hərbi sursat, minalardan təmizlənmə, ANAMA

Dünya futbolunun əfsanəsi FOTOlarda

0
(Yenilənib 09:02 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azarkeşlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

0
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Dieqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Məşqçi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona