Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsir

Prezident SOCAR-ın yeni inzibati binasının açılışında iştirak edib

169
Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılış mərasimi olub. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Sputnik president.az saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev də açılışda iştirak edib.

1 / 5
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsir

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

169
Teqlər:
Dövlət Neft Şirkəti, SOCAR, Prezident, Rövnəq Abdullayev, İlham Əliyev
Əlaqədar
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışındadır
Prezident yeni zavod açılışında iştirak edib
İlham Əliyev gözdən əlillər üçün yeni binanın açılışında iştirak edib
Prezident Mərkəzin açılışından iştirak edib
Azərbaycan prezidenti Şəkidə yol açılışında iştirak edib