Здание Министерства Внутренних Дел Азербайджанской Республики

Bayram günləri DİN-in Baş Pasport, Qeydiyyat Miqrasiya İdarəsi işləyəcək

43
Bu idarənin regional şöbələrində vətəndaşların qəbulu keçiriləcək.

BAKI, 27 may — Sputnik. Bayram günləri Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri işləyəcək. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən qeyd olunub ki, 28 May — Respublika Günü ilə əlaqədar may ayının 28-dən 30-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.

43