Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü. Arxiv şəkli

Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanladı

84
Rusiya Prezidenti: "Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb. Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir"

BAKI, 25 may — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Sputnik president.az saytına istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız — Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və başqa sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb.

Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Məzmunlu siyasi dialoq qurulub, müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq genişlənir.

Əminəm ki, biz birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrin bütün kompleksinin daha da genişlənməsini, habelə regional və beynəlxalq gündəlikdəki aktual problemlərin həllində qarşılıqlı tərəfdaşlıq əlaqələrini təmin edəcəyik. Bu, ölkələrimizin qardaş xalqlarının köklü mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar, həmvətənlərinizə sülh və firavanlıq diləyirəm".

84
Teqlər:
Respublika Günü, təbrik, Rusiya Federasiyası, Vladimir Putin, Azərbaycan Respublikası, İlham Əliyev
Əlaqədar
Putin İstanbula gedəcəkmi?
Putin Ərdoğan haqqında: "Yardım əli uzatmağa hazırıq"
Putin Vaşinqton sammitini niyə boykot etdi?
İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
İlham Əliyev: Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Heydər Əliyev prospektində dörd avtomobil toqquşub, ağır xəsarət alanlar var

14
(Yenilənib 23:48 18.04.2021)
“Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə dörd avtomobilin toqquşması nəticəsində tıxac yaranıb.

BAKI, 18 aprel - Sputnik. Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə qeydə alınıb.

4 avtomobilin toqquşduğu qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb. 

Hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

14
Alimlər koronavirusdan vaksin tapmağa çalışırlar, arxiv şəkli

Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlandı

7
(Yenilənib 17:31 18.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 33 73 61, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 216, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448 145 təşkil edir.

BAKI, 18 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 327 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 67 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 33 73 61, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 216, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448 145 təşkil edir.

7
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0