Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Prezidenti "Dünyada ilin adamı" seçildi

64
(Yenilənib 12:05 25.05.2016)
Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlər bilavasitə İlham Əliyevin adı ilə bağlıdır.

BAKI, 25 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə "Dünyada ilin adamı" seçilib. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, "XXI əsrin layihəsi" olan "Cənub" qaz dəhlizinin, onun tərkib hissəsi kimi "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.

Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.

Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək "The Business Year" şirkəti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı" seçib.

64
Teqlər:
"The Business Year", "XXI əsrin layihəsi", "Dünyada ilin adamı", "Cənub Qaz dəhlizi", İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Əlaqədar
Azərbaycan Prezidentindən dünya ictimaiyyətinə çağırış
Prezident iki icra başçısını vəzifədən azad etdi
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb
İlham Əliyev Binəli Yıldırımı təbrik etdi
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

3
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

26
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

26
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0