CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci xanımın təklif etdiyi amnistiya layihəsi qəbul edildi

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiMehriban Əliyeva, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva, Azərbaycanın birinci xanımı - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsini qəbul edib. Amnistiya aktının təqribən 10 min nəfəri əhatə edəcəyi gözlənilir.

BAKI, 20 may — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilib. Sputnik xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi yekdiliklə qəbul edilib.

Mehriban Əliyeva - Sputnik Azərbaycan
"Ölkəmizin ən dəyərli humanizm dəyərlərinə əsaslanaraq təklif edirəm ki..."

Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək.

Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.

Aparılan təhlillərə əsasən, təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır.

Xəbər lenti
0