"Silk Way"-in qəzaya uğrayan təyyarəsi 1 milyon dollar dəyərində sığortalanıbmış

© Photo : www.airportsinternational.comSilkWay aviəşirkətinə məxsus təyyarə. Arxiv şəkli
SilkWay aviəşirkətinə məxsus təyyarə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə qəzasında ölən azərbaycanlıların adları açıqlanıb. Məlumatı həyatlarını itirən ekipaj üzvlərinin yaxınları veriblər. Siyahı hələlik Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiqlənməyib.

BAKI, 19 may-Sputnik. Ötən gün Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinə məxsus təyyarə uçuşdan əvvəl 1 milyon dollar dəyərində sığortalanıbmış. Bu barədə məlumartı Sputnik-ə şirkətin adının açıqlanmasını istəməyən əməkdaşı verib.

Самолет авиакомпании Silk Way - Sputnik Azərbaycan
"Silk Way" aviaşirkətinə məxsus təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub

Bu arada qeyd edək ki, qəzada həlak olan azərbaycanlıların adları açıqlanıb. Məlumatı həyatlarını itirən ekipaj üzvlərinin yaxınları verib. Qəzada həlak olanlar bunlardır:

Rəşid Şaydanov (Komandir)
Altay Abdullayev (İkinci pilot)
Nadir Rzayev (Bort Mexaniki)
Nazim Əsədullayev (Şturman)
Firdovsi Əliyev (Bort radist)

Siyahı hələlik Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiqlənməyib. "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb. Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxildir.

Təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşıdır. Onların hər ikisinin vəziyyəti ağırdır. Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Xəbər lenti
0