Tbilisi

Gürcüstan azərbaycanlılarından Prezidentə müraciət: "Qətiyyətli addım atmasanız..."

388
(Yenilənib 18:47 17.05.2016)
"Gürcüstanda, xüsusən də paytaxt Tiflisdə separatçılıqın təbliğatı aparılırsa və etnik təmizləmələr "qələbə" kimi təqdim olunursa, ziyan Gürcüstanın özünə və onun ərazi bütövlüyünü bərpa etmək perspektivlərinə vurulur"

BAKI, 17 may — Sputnik. Gürcüstanın Axalkələki və Batumi şəhərlərində aprelin 23-24-də qondarma "arsax" və "kürdüstan"ın simvolları — bayraqları qaldırılıb, mayın 9-da isə "arsax"ın bayrağı Tiflisin mərkəzində peyda olub. Söhbət Azərbaycan ərazisi olan Dağlıq Qarabağda erməni separatçılarının Ermənistanın köməyi ilə yaratdıqları qondarma qurumun bayrağından gedir.

Bununla bağlı Gürcüstan azərbaycanlıları ölkə prezidenti Giorgi Marqvelaşviliyə açıq məktubla müraciət ediblər. Məktubda bildirilir ki, Gürcüstan istənilən separatçılıq təzahürünə qarşı birmənalı münasibət göstərir: "Ümumilikdə Gürcüstanın mövqeyi bu il aprelin əvvəlində Qarabağda hərbi vəziyyətin gərginləşməsi zamanı dəqiq ifadə olundu. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ölkə rəhbərliyi isə münaqişənin həllində vasitəçiliyini təklif edib. Təbii ki, Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər".

  • В Грузии были подняты флаги сепаратного арцаха и курдистана
    В Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"
    © Photo : Группа MRMG
  • В Грузии были подняты флаги сепаратного арцаха и курдистана
    В Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"
    © Photo : Группа MRMG
  • В Грузии были подняты флаги сепаратного арцаха и курдистана
    В Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"
    © Photo : Группа MRMG
  • В Грузии были подняты флаги сепаратного арцаха и курдистана
    В Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"
    © Photo : Группа MRMG
  • В Грузии были подняты флаги сепаратного арцаха и курдистана
    В Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"
    © Photo : Группа MRMG
  • в Грузии были подняты флаги сепаратного арцаха и курдистана
    в Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"
    © Photo : Группа MRMG
1 / 6
© Photo : Группа MRMG
В Грузии были подняты "флаги" сепаратного "арцаха" и "курдистана"

Məktub müəllifləri qeyd edirlər ki, əgər Gürcüstanda, xüsusən də paytaxt Tiflisdə separatçılıqın təbliğatı aparılırsa və etnik təmizləmələr "qələbə" kimi təqdim olunursa, bu, o deməkdir ki, ziyan Gürcüstanın özünə və onun ərazi bütövlüyünü bərpa etmək perspektivlərinə vurulur: "Əslində söhbət Gürcüstanı təxribata çəkməkdən, ölkəni beynəlxalq miqyasda Qarabağ münaqişəsinin tərəfi, separatçıların tərəfi kimi kimi təqdim etmək cəhdlərindən gedə bilər".

Məktub müəllifləri, həmçinin Gürcüstan rəsmilərinin belə təhlükəli faktlara əhəmiyyət verməməsindən və heç bir tədbir görülməməsindən narahatlıqlarını dilə gətiriblər: "Başa düşmək lazımdır ki, əgər bu gün qətiyyətli addımlar atılmasa, ekstremist və separatçı şəxslərin sıraları genişlənəcək və onlar Gürcüstanda mövqelərini gücləndirəcəklər. Bu qruplar gürcü xalqının maraqları ilə ortaq heç nəyi omayan və Gürcüstan dövlətçiliyinin nüfuzunu, maraqlarını təhlükə altına qoyan millətçi separatçı simvolları yayacaqlar".

Yuxarıda sadalananları nəzərə alaraq azərbaycanlılar Gürcüstan Prezidentinə ölkə ərazisində separatçılığın və onun simvollarının istənilən təzahürünün, həmçinin millətlərarası qarşıdurmanın alovlanmasına yönəlmiş hərəkətlərin qarşısını almaq üçün hüqüq-mühafizə orqanlarına göstəriş verməsi barədə xahişlə müraciət ediblər.

Qeyd edək ki, müraciəti Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, "Sadaxlı dirçəliş cəmiyyəti"nin sədri Sabir Mehdiyev, Gürcüstan azərbaycanlılarının milli konqresinin sədri Əli Babayev, MRMG Milli azlıqların hüquq-müdafiə monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov, "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov və digərləri imzalayıblar.

388
Teqlər:
Giorgi Marqvelaşvili, Tiflis, Gürcüstan, müraciət, azərbaycanlı
Əlaqədar
Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı regiona nə vəd edir?
Azərbaycan baş nazirinin Gürcüstana səfəri başlayıb
Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli birgə təlimlər keçirəcək
Azərbaycan, Gürcüstan və Qazaxıstan konsorsium yaratdı
İki ay ərzində Gürcüstana 113,8 min Azərbaycan vətəndaşı səfər edib