Su

“Azərsu” ASC tariflərin artırılmasına münasibət bildirib

131
Сəmiyyətin xərcləri artıb.

BAKI, 16 may — Sputnik. “Azərsu” ASC su təchizatının və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılmasına münasibət bildirib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “APA-Economics”ə bildirib ki, son vaxtlar su operatoru tərəfindən kifayət qədər böyük həcmdə işlər görülüb. Bu da cəmiyyətin xərclərini artırıb. Nazirlər Kabinetinin qərarı ilə SOCAR, Bakı şəhər İcra Hakimiyyəti, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və digər dövlət qurumlarının balansında olan anbar, nasosxanalar və kanalizasiya xətləri cəmiyyətimizin balansına verilib. Təkcə bu qurumlardan “Azərsu” ASC-nin balansına götürülən su və kanalizasiya xətlərinin ümumi uzunluğu 4 500 kilometrdən çoxdur. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə 2013-cü ildə bütün çoxmənzilli yaşayış binalarının daxili su və kanalizasiya xətləri “Azərsu” ASC-nin balansına verilib. Bundan başqa, son 5 ildə “Azərsu” tərəfindən 505 120 kilometr su xətti, 2 120 kilometr kanalizasiya xətti, 4 ədəd müasir sutəmizləyici qurğu, 54 ədəd su və kanalizasiya nasos stansiyası tikilib istifadəyə verilib. Fasiləsiz su alanların xüsusi çəkisi nəticə etibarilə 2 dəfə artaraq ölkə üzrə 65%, Abşeron yarımadası üzrə 76%, Bakı şəhəri üzrə isə 79%-i üstələyib. Abonentlərin sayı eyni zamanda 350 mindən çox artaraq 1 milyon 390 minə çatıb. Ümumiyyətlə, görülən işlər cəmiyyətin xərclərini artırıb. Eyni zamanda, əhalinin 24 saat fasiləsiz su ilə təminatı ilə bağlı görülən işlər elektrik enerjisi xərclərinin, işçilərin əmək haqlarının artmasına səbəb olub ki, bu da qiymət artımını şərtləndirib.

ASC rəsmisi bildirib ki, 2011-ci ilin fevral ayındakı tarif dəyişikliyindən sonra “Azərsu”da orta əmək haqqı 290 manatdan 435 manata qədər qalxıb: “Eyni zamanda, işçilərimizin sayı 3 min nəfərdən çox olub ki, bu da əmək haqqı fondunun 2 dəfədən çox artmasına, həmçinin büdcə öhdəliklərini 1,9 dəfə, Dövlət Sosial Müdafiə Fondu qarşısında olan öhdəlikləri 2,6 dəfə artırıb. Bundan başqa, elektrik enerjisinə çəkilən xərclərimiz 3 dəfədən çox artıb, mal-materialın, yanacaq-sürtgü materiallarının, maşın və xüsusi texnikanın, o cümlədən onların ehtiyat hissələrinin artması da “Azərsu” ASC-nin xərclərini çoxaldıb. Bu xərcləri qarşılamaq üçün “Azərsu” su və kanalizasiya tariflərinə yenidən baxılması üçün məsələni hökumət qarşında qaldırıb.

Anar Cəbrayıllının sözlərinə görə, “Azərsu” ASC-nin apardığı araşdırmalar göstərir ki, 180 ölkə arasında su və kanalizasiya xidmətlərinin xərclərinə görə, Azərbaycanda qiymətlər 24 ölkədəkindən baha, qalanlarından isə aşağıdır. Bununla yanaşı, bu ölkələrin bəzilərində suyun maya dəyəri çox aşağıdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir.

131

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev